Açıq tipli səhmdar cəmiyyətin fiziki şəxsə ödədiyi dividenddən 10 faiz vergi hesablanmalıdır?

Açıq tipli səhmdar cəmiyyətin fiziki şəxsə ödədiyi dividenddən 10 faiz vergi hesablanmalıdır?

Dövlət Vergi Xidmətinin təqdimatında

Sual: ASC-nin (açıq tipli səhmdar cəmiyyətinin) fiziki şəxs olan səhmdarlarına ödənilən dividenddən 10% ödəmə mənbəyində vergi tutulurmu?

Cavab:  Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən səhmdar cəmiyyətləri tərəfindən 2016-cı ilin 1 fevral tarixindən sonrakı dövrlər üzrə əldə edilmiş mənfəətdən səhmdar fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividendlərdən ödəmə mənbəyində vergi tutulmur.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın