Hansı halda xəstələnməsi barədə gec məlumat verən işçiyə töhmət elan oluna bilər?

Hansı halda xəstələnməsi barədə gec məlumat verən işçiyə töhmət elan oluna bilər?

Satışı yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Xəstələnən işçinin işə gəlməyəcəyi barədə işəgötürənə vaxtında məlumat verməməsi müəyyən problemlərin yaranmasına səbəb olur.

Misal. Sürücü vəzifəsində çalışan işçinin işə çıxmaması müəyyən edilib. İşəgötürən işçinin işə gəlməmə səbəbini araşdırmaq istəsə də, hər hansı məlumat əldə edə bilmir. İşçi 5 gündən sonra işə gəldikdə, xəstəlik vərəqəsini təqdim edir. İşəgötürən işçiyə xəstəlik haqqında məlumat verməməsinə görə intizam tənbehi tətbiq edə bilərmi, yoxsa işçinin müvafiq sənədi təqdim etməsi onu məsuliyyətdən azad edir?

İşçinin işə gəlmədiyi hallarda məlumat verməsi prosesi müəssisədaxili intizam qaydalarında öz əksini tapa bilər. İşçi işə daxil olduqda intizam qaydaları ilə tanış olduğunu rəsmi şəkildə təsdiq etdiyi üçün, xəstələndiyi zaman məlumat verməməsi işəgötürən tərəfindən ona intizam tənbehinin tətbiq olunmasına əsas verir. İşçi ilk dəfə belə hala yol verərsə, işəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq ona töhmət elan edə bilər. Həmin hallar gələcəkdə təkrar olunarsa, işəgötürən hətta Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinin hissəsinin “ç” bəndinə uyğun olaraq işçinin əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək hüququna malikdir.

İşçinin məlumat vermə forması müəssisədaxili intizam qaydalarında dəqiqliklə öz əksini tapmalıdır. Mümkündür ki, işçi zəng etməklə və ya mail yazmaqla işəgötürənə məlumat versin. Bundan əlavə, işçinin xəstəlik dərəcəsi də nəzərə alınmalıdır. Misal üçün, reanimasiyada yatan işçinin məlumat verməməsinə görə intizam tənbehi tətbiq edilməsi düzgün olmazdı.

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın