ƏMAS-da dəyişikliklərlə bağlı hansı sənədlərin işəgötürən tərəfindən KAĞIZ formada imzalanması nəzərdə tutulur?

ƏMAS-da dəyişikliklərlə bağlı hansı sənədlərin işəgötürən tərəfindən KAĞIZ formada imzalanması nəzərdə tutulur?

Satışına START verilən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

İşəgötürən tərəfindən işçinin əmək müqaviləsində hər hansı dəyişiklik həyata keçirildikdə, ƏMAS altsistemi yeni əmək müqaviləsi tərtib edir. Bəzi həmkarlar soruşurlar ki, işəgötürən son dəyişikliklər qeyd edilən yeni əmək müqaviləsini işçiyə imzalatdırmalıdır. Qanunvericilikdə hər dəyişiklik zamanı yeni əmək müqaviləsinin tərtibi və imzalatdırılması nəzərdə tutulmayıb. İşəgötürənin dəyişiklikləri əmək müqaviləsinə əlavə formasında olan qeyd edərək işçiyə imzalatdırması məqsədəuyğundur. Cünki hər dəfə yeni dəyişikliyə görə ƏMAS altsistemində yaradılan yeni əmək müqaviləsinin işçiyə tam formatda imzalatdırılması kifayət qədər vaxt və maliyyə (əmək müqaviləsinin çapı) itkisinə səbəb olur.

ƏMAS altsisteminə məsul olan şəxslərlə görüşümüzdə məsələ qaldırdıq ki, əmək müqaviləsində dəyişikliklərin müqaviləyə əlavə kimi hazırlanması daha məqsədəuyğun olardı. Dövlət qurumunun yanaşması belə oldu ki, işçinin ona təqdim edilən əmək müqaviləsinə əlavədəki düzəlişi tam anlamaqda çətinlikləri yarana bilər. Amma yeni əmək müqaviləsinin təqdimi zamanı daha geniş və tam məlumatla tanış olmaq imkan yaratdığından dəyişikliklərin təcrübədə tətbiqini hər bir maddə üzrə aydın görmək mümkündür.
Bildirişin təsdiqindən sonra dəyişikliklərlə bağlı hazırlanan əmək müqaviləsi bildirişində sonuncu bildirişin nömrəsi və tarixi ilə yanaşı, dəyişikliyin əvvəlki və cari durumu haqqında məlumat qeyd edilir. Bildirişlə bağlı şəkildən göründüyü kimi bildirişdə dəyişikliklər haqqında məlumat öz əksini tapsa da, son dəyişikliyin qüvvəyə minnmə tarixi ilə bağlı informasiya yoxdur.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın