Tam təqvim ayı çalışmayan işçiyə istifadə olunmamış məzuniyyət üçün kompensasiya verilməlidir?

Tam təqvim ayı çalışmayan işçiyə istifadə olunmamış məzuniyyət üçün kompensasiya verilməlidir?

 Satışı yekunlaşan "Əməyin uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Təcrübədə ən çox müzakirə olunan hallardan biri də tam təqvim ayı çalışmayan işçilərə kompensasiyanın ödənilib-ödənilməməsidir. Bu müzakirəyə səbəbiyyət verən Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsidir. Həmin hissəyə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Mütəxəssislər belə hesab edirlər ki, həmin maddədə “işçinin faktik işlədiyi tam təqvim ayları” məfhumu olduğundan kompensasiya ödənilməsi üçün işçinin tam ay işləməsi vacibdir. Fikrimizcə, işçinin neçə gün işləməsindən asılı olmayaraq, ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməlidir. Çünki işçi işə başladığı andan işlədiyi gün və ya aylara görə məzuniyyət hüququ əldə edir. İşçinin ilk iş ilindəki 6 ay məsələsi məzuniyyət hüququndan istifadə ilə bağlıdır. Məzuniyyət günlərinin sayı isə işlədiyi dövrə uyğun formalaşır.

Mİsal. İşəgötürən 1 fevral 2021-ci il tarixdə işə qəbul olunan, 21 günlük məzuniyyət hüququna malik işçinin əmək müqaviləsinə 25 gündən sonra xitam verir. 25 təqvim gününə düşən məzuniyyət günlərini tapmaq üçün aşağıdakı düsturdan istifadə edilir:
Məzuniyyət günü = (25 təqvim günü / 365 gün x 21 gün)= 1.44 gün

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin addım-addım izahı

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər