Əmək müqaviləsi bildirişində işçi sonrakı tarixdə işə başlayarsa, proses necə tənzimlənir?

Əmək müqaviləsi bildirişində işçi sonrakı tarixdə işə başlayarsa, proses necə tənzimlənir?

Satışına START verilən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsinin tarixi ilə işçinin işə başlanma tarixlərinin fərqli olmasıdır. ƏMAS altsistemi e-gov.az elektron informasiya sistemindən fərqli olaraq əmək müqaviləsi bildirişinin imzalanması zamanı həmin amili nəzərə alır. Belə ki, işə başlama tarixi gələnədək həmin əmək müqaviləsi “Qüvvəyə minəcək” statusunda olur.

Misal. İşəgötürən işçi ilə 15 sentyabr 2022-ci ildə müqavilə imzalayır. Razılaşmaya əsasən, işçinin işə başlama tarixi 30 sentyabr 2022-ci il hesab edilir. İşəgötürən həmin tarixədək əmək müqaviləsi bildirişini ƏMAS altsistemində qeydiyyata alarsa, o zaman həmin bildiriş “Qüvvəyə minəcək” statusunda olacaq:
İşəgötürən həmin işçini işə götürmək istəməsə, “Qüvvədə olan əmək müqaviləsi bildirişləri”nə daxil olaraq, sağdakı menyudan “Ləğv et” düyməsini sıxmalıdır:
Ləğv etmə səbəbini qeyd etdikdən sonra həmin əmək müqaviləsi bildirişi “Ləğv edilmiş əmək müqaviləsi bildirişləri” altbölməsində uçota alınacaq. Yuxarıda da qeyd etdiyimiz kimi işəgötürən özü işçinin işə başlama tarixindən sonra ləğv etmə prosesini həyata keçirə bilməyəcək.

0 Komment

    Şərh yazın