İşçi ilə bağlı arayış və xasiyyətnamələrin verilməsi zamanı vacib məqamlar

İşçi ilə bağlı arayış və xasiyyətnamələrin verilməsi zamanı vacib məqamlar

Satışı yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 88-ci, “İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri” maddəsinə əsasən, işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur.

Maddədən göründüyü kimi, sənədlərin verilməsi üçün işçinin müraciəti olmalıdır. İşəgötürənin işdən cıxan və ya işləyən işçiyə hər hansı müraciət olmadan xasiyyətnamə və digər sənədlər verməsinə mütləq tələb yoxdur.

Hazırda elektron informasiya sisteminin tətbiqi səbəbindən, iş yerindən arayışların təqdim edilməsi hallarına az rast gəlinir. Çünki işçilər e-gov.az və ya mygov.az portalında “İş yerinə dair arayış” bölməsindən istifadə etməklə rahatlıqla əmək haqları göstərilən arayış əldə edə bilərlər.

İşəgötürən tərəfindən təqdim olunan xasiyyətnamə ilə bağlı müəyyən tələblər mövcuddur. Əmək Məcəlləsinin 88-ci maddəsinin ikinci hissəsinə əsasən, işəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir.

Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir.

Maddədən göründüyü kimi, işəgötürən işçisi haqqında xasiyyətnaməni göndərmək üçün işçisinin razılığını almalıdır. Burada bir məqam var ki, əgər xasiyyətnamənin məzmunu müsbətdirsə, o halda işçinin razılığı tələb olunmur, amma işçi göndərilən ünvan haqqında məlumatlandırılır.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin addım-addım izahı

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər