Yalnız Mks.az-da: Nazirlər Kabineti noyabr ayında bayram günləri ilə iş günlərinin yerini dəyişəcək?

Yalnız Mks.az-da: Nazirlər Kabineti noyabr ayında bayram günləri ilə iş günlərinin yerini dəyişəcək?

8 noyabr (Zəfər Günü) və 9 noyabr (Azərbaycanın Dövlət Bayrağı Günü) bayramları ilə əlaqədar olaraq hansı dəyişikliklər gözləniləndir?

2022-ci ilin noyabr ayında iki iş günü ardıcıl bayram günlərinə təsadüf edir: 8 noyabr (Zəfər Günü) və 9 noyabr (Azərbaycanın Dövlət Bayrağı Günü). Bayramlar həftənin cərşənbə axşamı və çərşənbə günlərinə təsadüf etdiyi və şənbə və bazar günlərindən sonra bazarertəsi iş günü olduğu üçün, ardıcıl 4 günün istirahət günü olması alınmır. Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

Fikrimizcə, yaxın zamanlarda Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayacaq. Həmin qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdiriləcək.
Nazirlər Kabineti tərəfindən belə qərar verilərsə, o zaman beşgünlük iş rejimində 5 noyabr 2022-ci il tarixi, yəni şənbə günü iş günü sayılacaq. Əvəzində 06, 07, 08 və 09 noyabr 2022-ci il tarixləri ardıcıl qeyri-iş günləri hesab olunacaq.
Bir daha qeyd edirik ki, iş və istirahət günlərinin yerinin bu şəkildə dəyişdirilməsi mks.az saytının təxminidir, ardıcıl 4 iş gününün (06, 07,08 və 09 noyabr 2022-ci il) qeyri-iş günü elan edilməsi üçün mütləq Nazirlər Kabinetinin qərarı olmalıdır. Gözləyək..

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin addım-addım izahı

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər