Anar Bayramovun təqdimatında: ƏMAS altsistemi: imkanlar və məhdudiyyətlər

Anar Bayramovun təqdimatında: ƏMAS altsistemi: imkanlar və məhdudiyyətlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək münasibətləri və məşğulluq” (ƏMAS) altsistemi 10 may 2022-ci ildən istifadəyə verilib. İqtisadçı ekspert Anar Bayramov “vergiler.az”a ƏMAS-ın əvvəllər istifadə olunan “Əmək müqaviləsi bildirişi” altsistemindən fərqli cəhətlərini şərh edib.

ƏMAS altsistemində “e-gov.az” elektron informasiya sistemindən fərqli olaraq işəgötürənlərə müəyyən məhdudiyyətlər tətbiq edilib. Bunların arasında daha çox müzakirəyə səbəb olanı təsdiq edilmiş bildirişlərin 24 saat ərzində ləğv edilməsi imkanının aradan qaldırılmasıdır. Belə ki, “e-gov.az” sistemində işəgötürən imzaladığı bildirişi 24 saat ərzində etibarsız etmək hüququna və imkanına malik idi. İşəgötürən texniki səhv ucbatından hər hansı işçinin əmək müqaviləsinə xitam verdikdə 24 saat ərzində həmin bildirişi etibarsız etməklə sənədin hüquqi qüvvəyə minməsinin qarşısını ala bilirdi. Bildiriş imzalandıqdan 24 saat keçdiyi halda isə işəgötürən dövlət qurumuna bildirişin ləğv olunması ilə bağlı rəsmi müraciət etməli idi.

İşəgötürənlərin işini yüngülləşdirən bu imkana məhdiyyətin qoyulmasının əsas səbəblərdən biri kimihəmin seçimdən sui-istifadə hallarına çox rast gəlinməsi göstərilir. Əsasən, tikinti, ictimai iaşə və digər sahibkarlıq subyektlərində əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyətə cəlb olunmamaq üçün işçiləri işə qəbul etdikdən sonra 24 saat ərzində bildirişi etibarsız edirdilər.

Elektron informasiya sistemində struktur bölmələri üzrə ştatın yaradılması ƏMAS altsistemindən fərqli olaraq daha rahat şəkildə həyata keçirildi. Bundan əlavə, ştat cədvəlinin çap edilməsi funksiyası elektroninformasiya sistemində olsa da, yeni sistemdə tətbiq edilmir.

 

Növbəti tematik TƏLİMİMİZ:
Əmək müqaviləsinə xitamın əsasları: Əmək qanunvericiliyi və ƏMAS-ın tələbləri
Tarix: 24 sentyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər