ƏLA XƏBƏR! ƏMAS altsistemi müddətli əmək müqaviləsi problemini həll etdi

ƏLA XƏBƏR! ƏMAS altsistemi müddətli əmək müqaviləsi problemini həll etdi

HR həmkarlarımızla birlikdə hazırladğımız və dövlət qurumuna təqdim etdiyimiz 11 təklifdən biri də müddətli əmək müqaviləsində bitmə tarixi ilə bağlı idi...

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ƏMAS altsistemində HR mütəxəssislərinin narazılıq etdiyi müddəti bitən amma qüvvədə olan əmək müqaviləsinin ilə bağlı dəyişikliyin aradan qaldırılması ilə bağlı proses həyata keçirilirdi. Proses yekunlaşdığı üçün hal-hazırda İşəgötürən müddəti bitən amma qüvvədə olan əmək müqaviləsi üzrə hər hansı dəyişiklik etdikdə, müqavilənin müddətinin bitmə tarixinin qeyd edilməsi mütləq tələb kimi nəzərə alınmır.

Misal. İşəgötürən işçinin müddətli əmək müqaviləsinin bitməsi tarixini 13 dekabr 2020-ci il müəyyən etsə də,  sonrakı müddətlər portal tərəfindən avtomatik olaraq artırılıb. İşəgötürən həmin işçi üzrə 4 iyul 2022-ci il tarixdə vəzifə və ya əmək haqqı dəyişikliyi etdiyi halda, öncələr proqram təminatı istifadəçidən tələb edirdi ki, əmək müqaviləsinin bitmə tarixini qeyd etsin. Yeni düzəliş nəticəsində ƏMAS altsistemi müqavilənin bitmə tarixini avtomatik olaraq sonuncu qeyd edilən tarixi kimi qəbul edir və işəgötürəndən hər hansı məcburi tələb həyata keçirmir.

Sevincdirici haldır ki, işəgötürən tərəfindən 4 iyul 2022-ci ci əmək müqaviləsinə dəyişiklik edildikdən sonra hazırlanan yeni əmək müqaviləsində müqavilənin bitmə tarixi 13 dekabr 2020-ci il kimi nəzərə alınır. ƏMAS altsitemi müqavilənin müddətini də imzalanma tarixindən 13 dekabr 2022-ci ilə qədər olan dövr kimi hesablayır.

Qeyd edək ki, “MKS Academy” MMC olaraq təşkil etdiyimiz təlimlərdə də müddəti bitən və qüvvədə olan müddətli əmək müqaviləsi bildirişi üzrə müqavilənin bitmə tarixinin qeyd edilməsi tələbi dəyərli həmkarlarımızın narazılığına səbəb olmuşdu.HR həmkarlarımızla birlikdə hazırlayaraq  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyimiz 11 təklifdən biri də müddətli əmək müqaviləsində bitmə tarixi ilə bağlı dəyişiklik olmuşdu.

Sonda bir məsələni bildirək ki, ƏMAS alt sisteminə edilən yeni dəyişikliklər haqqında 16 iyul 2022-ci il tarixdə “Məzuniyyət və müavinət hüququ: A-dan Z-yə” mövzusunda keçirəciyimiz təlimdə geniş məlumat veriləcək.

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

 
 
 

1 Komment

  1. Sevinc 04 İyul 2022

    Salam ,zəhmət olmasa qeyd ederdiz ,məsələn işçi ilə bağlanmış əmək müqaviləsinin müddəti 04.07.2022-ci ildə bitirsə sistemde deyişiklik edilmirse bir müddət müqavilə müddəti sistemde avtamatiq artırılır yoksa müddəti bitmiş sayılır?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər