ƏMAS alt sistemində işçinin əmək müqaviləsinin xitam tarixini öncəki dövr üçün həyata keçirmək mümkündür?

ƏMAS alt sistemində işçinin əmək müqaviləsinin xitam tarixini öncəki dövr üçün həyata keçirmək mümkündür?

Tematik təlimizdə ƏMAS altsistemi ilə bağlı müzakirə olunan fərqli məqama aydınlıq gətirilib

“MKS Academy” MMC olaraq ƏMAS altsitemi ilə bağlı həyata keçirdiyimiz təlimlərdə həmkarlarımızın təcrübədə rast gəldiyi fərqli hallara aydınlıq gətirib. Bəzi hallarda həmkarlarımız bildirir ki, ƏMAS altsistemi üzrə bir ay  öncəki  dövr üzrə xitam imkanı yaradılsa da, müddəti seçdikdə həmin dövrə təsadüf edən bütün günlər aktiv olmur.

Sualla bağlı bildirək ki, hal-hazırda ƏMAS altsistemi müvəqqəti olaraq son bir ay üzrə əmək müqaviləsinin xitamına imkan yaradılıb. Amma həmin bir aylıq müddətdə işəgötürən işçi ilə bağlı hər hansı əmək müqaviləsi bildirişi imzalayıbsa, bu zaman xitam tarixi həmin müddətdən sonrakı tarixə təsadüf etməlidir.

Misal. İşəgötürən 24 iyun 2022-ci il tarixdə işçinin aktiv əmək müqaviləsinə 03 iyun 2022-ci il tarixi üçün xitam vermək istəyir. Amma işəğötürən struktur dəyişiklikliyi ilə əlaqədar olaraq işçinin vəzifəsini 15 iyun 2022-ci il tarixdə işçinin əmək müqaviləsinin bildirişini imzalamaqla dəyişib. İşəgötürən bu halda artıq əmək müqaviləsinə xitamı yalnız 15 iyun 2022-ci il tarixdən sonra həyata keçirmək səlahiyyətinə malik olacaq.

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

0 Komment

    Şərh yazın