Anar Bayramovun təqdimatında : ƏMAS-nın 3 VACİB ÜSTÜNLÜYÜ

Anar Bayramovun təqdimatında : ƏMAS-nın 3 VACİB ÜSTÜNLÜYÜ

İqtisadçı ekspert Anar Bayramov “vergiler.az”a açıqlamasında ƏMAS-ın üstünlükləri haqqında mülahizələrini bölüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək münasibətləri və məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib. İqtisadçı ekspert Anar Bayramov “vergiler.az”a açıqlamasında ƏMAS-ın üstünlükləri haqqında mülahizələrini bölüşüb.

Ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mərhələsinə keçidi təmin edən ƏMAS altsisteminin tətbiqi ilə işəgötürənlər bir sıra mühüm yeniliklərdən istifadə imkanı qazanıblar.

Birincisi, ƏMAS altsistemin tətbiqi ilə işəgötürənlər əmək müqaviləsinin elektron formada hazırlanmasını həyata keçirə biləcəklər. İşəgötürənlər Əmək Məcəlləsinin tələblərini nəzərə alaraq əmək müqaviləsi ilə bağlı məlumatları ƏMAS altsisteminə daxil etdikdən sonra sistem əmək müqaviləsini elektron formada hazırlayaraq təqdim edir. Gələcəkdə həmin əmək müqavilələrinin işçi tərəfindən elektron imza ilə təsdiqinə imkan yaradılacağından müqavilələrin çap edilərək imzalanmasına ehtiyac yaranmayacaq.

İkinci önəmli yeniliklik ondan ibarətdir ki, əmrləri də elektron formada hazırlamaq mümkün olacaq. Hazırda platformada təkcə əmək müqaviləsinə xitam əmrini elektron formada hazırlamaq olur. Gələcəkdə işə qəbul, əmək məzuniyyəti və əmək münasibətlərinə aid digər əmr formalarının elektron qaydada hazırlanması mümkün olacaq. Xitam əmri ilə bağlı diqqətçəkən dəyişiklikdən biri odur ki, ƏMAS altsistemi işəgötürənə gələcək tarixlər üçün əmr imzalanmasını platformada həyata keçirmək hüququ verir.

Misal: Tutaq ki, işəgötürən 20 iyun 2022-ci il tarixdə hazırladığı xitam əmrində işçinin 30 iyun 2022-ci il tarixdə işdən azad olunacağını qeyd edib. Bu halda ƏMAS sistemi əmək müqaviləsinə xitamı avtomatik olaraq iyun ayının son günündə həyata keçirir.

Üçüncü önəmli dəyişiklik isə əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitamla bağlı işəgötürənlərə qeydiyyat (qaralama) variantının təqdim edilməsidir. Dövlət Vergi Xidmətinin elektron qaimə-fakturanın təqdim edilməsi zamanı həyata keçirdiyi yeniliyin ƏMAS altsistemində tətbiqi nəticəsində işəgötürən əmək müqaviləsini imzalamazdan öncə sənədin qaralama variantını hazırlamaq imkanına malik olur. Beləliklə, sənədin üzərində dəyişikliklər etmək imkanı qazanan işəgötürən gələcəkdə baş verə biləcək texniki səhvlərdən sığortalanmış olur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın