DİQQƏT! ƏMAS altsistemində yeni müraciət forması istifadəyə verildi

DİQQƏT! ƏMAS altsistemində yeni müraciət forması istifadəyə verildi

“MKS Academy” MMC-nin 18 iyun 2022-ci il tarixdə keçirildiyi təlimdə yeniliklər haqqında geniş məlumat verilib

ƏMAS altsistemində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən həftənin sonlarında edilən yeniliklər işəgötürənlərin fəalliyyətinə müsbət təsir göstərəcək. “MKS Academy” MMC-nin 18 iyun 2022-ci il tarixdə HR sahəsində fəaliyyət göstərənlər üçün keçirdiyi “ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reyestrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"  mövzusunda tematik təlimdə əmək münasibətləri üzrə ekspert Anar Bayramov yeniliklərin tətbiqi haqqında geniş məlumat verib.

ƏMAS altsistemində tətbiq edilən yenilik nəticəsində “Əmək müqaviləsi bildirişi və əmrlər üzrə müraciətlər” bölməsi yaradılıb. Həmin bölmə vasitəsilə işəgötürənlər həm əmək müqaviləsi bildirişi üzrə icazə almaq, həm də etibarsızlaşdırma üçün müraciət edə biləcəklər. Bir məsələni qeyd edək ki, bölməni yalnız vəzifəli şəxslərin görmə imkanı mövcuddur. Hər hansı struktur və ya əməliyyat üzrə səlahiyyət verən şəxslər ƏMAS altsistemində “Əmək müqaviləsi bildirişi və əmrlər üzrə müraciətlər” bölməsindən istifadə hüququna malik deyillər.

Misal 1. İşəgötürən 20 iyun 2022-ci il tarixdə işçi ilə əmək müqaviləsi imzalasa da, həmin tarixdə işçinin əmək müqaviləsi bildirişini qeydiyyata salmaq texniki səbəblərdən mümkün olmayıb. Bu halda işəgötürən “Əmək müqaviləsi bildirişinin keçmiş tarixə icazə müraciətini yarat” subbölməsi ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edir ki, həmin işçinin əmək müqaviləsi bildirişinin öncəki, yəni 20 iyun 2022-ci il tarixdə imzalanmasına imkan yaradılsın. İşəgötürən müraciətə əmr və işçi haqqında məlumatlarla yanaşı, texniki problemin yaranmasını təsdiq edən sənədi (problemin baş verməsini təsdiq edən bildirişin foto şəklini və s.) də əlavə etməlidir.

Misal 2. İşəgötürən işçinin əmək müqaviləsinə 10 aprel 2022-ci il tarixdə xitam versə də, işçi xitamla razılaşmayaraq məhkəməyə müraciət edib. Məhkəmənin qərarına əsasən, işçinin əmək müqaviləsinə xitam verilməsi etibarsız hesab olunub. Bu halda işəgötürən “Etibarsızlaşdırma üzrə müraciət” subbölməsindən istifadə etməklə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edir. Müraciət məktubuna məhkəmənin qərarı da əlavə edilir. Dövlət qurumu həmin müraciəti araşdırdıqdan sonra, işəgötürənin 10 aprel 2022-ci il tarixli xitam əmrini etibarsız hesab edəcək.

60-dan çox HR mütəxəssisin iştirak etdiyi təlim zamanı Anar Bayramov bildirdi ki, hazırda ƏMAS altsitemində öncəki tarixlərdə əmək müqaviləsinin imzalanmasına və ona xitam verilməsinə şərait yaradılsa da, bu, müvəqqətidir, yeniliyin tam tətbiqindən sonra həmin imkanlara məhdudiyyətlərin qoyulması gözlənilir.

Təlim zamanı, həmçinin qeyd edildi ki, “Əmək müqaviləsi bildirişi və əmrlər üzrə müraciətlər” bölməsində işəgötürənin Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdiyi müraciətləri izləmək imkanı da yaradılıb.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın