Altıgünlük iş rejiminə keçidlə bağlı 2 VACİB məqam hansıdır?

Altıgünlük iş rejiminə keçidlə bağlı 2 VACİB məqam hansıdır?

 Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 90-cı maddəsinin ikinci  maddəsinə qeyd edilir ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

Altıgünlük iş rejimi ilə bağlı 2 vacib hal necə tənzimlənir?

Birinci hal. İşəgötürən işçilərin bir qismini altıgünlük, digərlərini beşgünlük iş rejimində çalışdıra bilər?

Əmək Məcəlləsinin 95-ci maddəsində qeyd edilir ki, iş vaxtının rejimi qaydaları o cümlədən, həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edir. Yəni, işəgötürənin hüququdur ki, işçilərin bir qismini beşgünlük, digər qismini altıgünlük, hətta növbəli iş rejimində istifadə etsin.

Mİsal Satış fəaliyyəti həyata keçirən işəgötürən qərar verir ki, mağazalarda çalışan işçilər altıgünlük iş rejimində, baş ofisdə çalışanlar 5 günlük iş rejimində, gözətçi vəzifəsində çalışan işçilər isə növbəli iş rejimində işləsinlər. Göründüyü kimi, işəgötürənin işçilər üçün fərqli iş rejimi tətbiq etmək hüququ var.

İkinci hal. İşəgötürən qərar verir ki, beşgünlük iş rejimindən altıgünlük rejimə keçsin. Əmək Məcəlləsinin 43-cü maddəsində qeyd edilir ki, işçinin əmək şəraitinin şərtləri dedikdə,  iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması başa düşülür.  Maddədən göründüyü kimi, işəgötürənin işçinin iş və istirahət vaxtlarını dəyişməsi əmək şəraitinin dəyişməsi anlamına gəlir.

Mİsal. İşəgötürən qərar verir ki, 1 mart 2022-ci il tarixdən satışın artırılması məqsədilə beşgünlük iş rejimindən altıgünlük iş rejiminə keçsin. Bu zaman Əmək Məcəlləsinin 56-cı maddəsinin ikinci hissəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Misalımıza uyğun olaraq, işəgötürən ən geci 1 fevral 2022-ci il tarixədək işçiləri məlumatlandırmalıdır.

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın