İşçinin üzrsüz səbəbdən işə gəlməməsi necə rəsmiləşdirilməlidir?

İşçinin üzrsüz səbəbdən işə gəlməməsi necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İndi isə intizam tənbehi tətbiq edilməsinə əsas verən hallardan bir neçəsinin sənədləşdirilməsi qaydasını nəzərdən keçirək. Tutaq ki, işçi üzrsüz səbəbdən işə gəlməyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, üzrlü səbəb dedikdə,3 konkret hal nəzərdə tutulur:

- İşçinin özünün xəstələnməsi;

 -Yaxın qohumunun xəstələnməsi;

- Yaxın qohumunun vəfat etməsi.

Əvvəlcə baxaq, yaxın qohumlar kimlərdir. Qanunvericiliklə yaxın qohum —arvad (ər), valideynlər, baba və nənələr, övladları və onun tərəfindən övladlığa götürülən şəxslər, doğma (ögey) bacı və qardaşlar, nəvələr, bacı və qardaşın övladı, bacının əri və qardaşının arvadı, dayılar, əmilər, xalalar, bibilər, eləcə də arvadın (ərin) valideynləri, doğma (ögey) bacı və qardaşları sayılır.

Baxmayaraq ki, Əmək Məcəlləsində üzrlü səbəbin 3 halı nəzərdə tutulub, praktikadan çıxış edərək üzrlü səbəblərin siyahısını xeyli genişləndirmək olar. Bura məhkəmə iclaslarında, istintaqda iştirakdan tutmuş yol-nəqliyyat hadisəsinə, yanğına, daşqına, təbii fəlakətə qədər bütün halları aid etmək olar. Ancaq unutmayın ki, üzrlü səbəbin mütləq təsdiqedici sənədi olmalıdır (tibbi arayış, məhkəmənin, polisin çağırış vərəqi, yol polisinin arayışı və sair).

Misalımıza davam edək. İşçinin işdə olmaması faktının rəsmiləşdirilməsi üçün 3 sənəd tərtib olunur:

qÜzrsüz səbəbdən işdə olmayan işçinin birbaşa tabe olduğu rəhbərinin və ya kadrlarla iş şöbəsinin müdirinin xidməti yazısı;

qİşçinin izahatı;

qİşçinin iş vaxtında işdə olmamasını əks etdirən akt.

Xidməti yazının nümunəvi forması

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Satış şöbəsinin müdiri

Qafarov Malik Abbas oğlu tərəfindən

 

Xidməti yazı

İşçinin iş vaxtında işdə olmaması haqqında

 

Rəhbərlik etdiyim şöbənin reklam üzrə mütəxəssisi Nəsibov Amil Seymur oğlu 15 avqust 2019-cu il tarixində bütün iş günü ərzində (səhər saat 9:00-dan axşam 18:00-dək) iş yerində olmamışdır. İşçi işə gəlməməsi barədə heç bir xəbərdarlıq etməmiş, üzrlü səbəb gətirməmişdir.

Gün ərzində işçi və qohumları ilə 050 _________ nömrəli mobil və 012 __________ ev telefonu ilə əlaqə yaratmaq cəhdləri uğursuzluqla nəticələnmişdir.

 

___________ Qafarov M.A.

15 avqust 2019-cu il

 

İşçinin işdə olmamasını rəmiləşdirən aktın nümunəvi forması

“Alov” MMC

AKT №_____

İşçinin iş vaxtında iş yerində olmaması haqqında

Bakı şəhəri                                                                          15 avqust 2019-cu il

Akt Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı tərəfindən, baş mühasib Səlimova Sultanə Sahib qızının və hüquqşünaş Əliyev Sabir Rüstəm oğlunun iştirakı ilə aşağıdakı faktın təsdiqi məqsədilə tərtib olunmuşdur.

10 oktyabr 2019-cu il tarixində, saat 9:00-da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində Satış şöbəsinin reklam üzrə mütəxəssisi Nəsibov Amil Seymur oğlunun iş yerində olmaması müəyyən edilmişdir.

Yuxarıda adları çəkilən işçilərin iştirakı ilə həmin gün, saat 11:00, 14:00 və 16:45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş günün sonuna kimi iş yerində olmaması təsbit edilmişdir.

Satış şöbəsinin müdiri Qafarov Malik Abbas oğlu şifahi izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşırıq verməmişdir.

Akt 1 (bir) nüsxəsi insan resursları şöbəsində saxlanılmaq, 1 (bir) nüsxəsi işçiyə təqdim olunmaq şərti ilə 2 (iki) nüsxədə tərtib olunmuşdur.

Aktı tərtib etdi:

Kadrlarla iş şöbəsinin müdiri Ağazadə N.H.

Aktın doğruluğunu imzalarımızla təsdiq edirik:

Baş mühasib ________Səlimova S.S.

Hüquqşünaş _________Əliyev S.R.

 

Aktla tanış oldum və 1 (bir) nüsxəsini qəbul etdim:

_____ Nəsibov A.S.

Tarix_________

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın