Müəllimin müddətli əmək müqaviləsi ilə işə qəbul olunması necə rəsmiləşdirilməlidir?

Müəllimin müddətli əmək müqaviləsi ilə işə qəbul olunması necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna gəlincə isə, deyə bilərik ki, bu, tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı alınmaq şərti ilə direktorun səlahiyyətindədir. Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müsabiqədə müvafiq keçid balını toplayan namizədlər müddətli müqavilə ilə işə qəbul oluna bilərlər.

Qaydalarda qeyd olunur ki, müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız müsabiqə yolu ilə həyata keçirilir.

Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul isə tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla məktəbin direktoru tərəfindən həyata keçirilir.

Vakant yer üçün müəllimin müddətli əmək müqaviləsi ilə işə götürülməsinin müddətsiz müqavilədən fərqi müqavilənin müdddətli bağlanılmasının qeyd olunması, konkret müddətin göstərilməsidir. Belə müqavilədə işçi üçün sınaq müddəti təyin edilə bilər ki, bu da işəgötürənin seçimindən asılıdır. Müəllimlə bağlanan mddətli əmək müqaviləsində müddətsizlə müqayisədə qeyd edilənlərdən başqa hər hansı dəyişiklik olmadığından belə müqavilənin nümunəvi formasını təqdim etmirik.

Qeyd edək ki, məktəblərdə müddətli əmək müqaviləsi, adətən, yaş 65 və daha çox olan müəllimlərlə, sosial məzuniyyətdə olan müəllimlərin yerinə müvəqqəti işə götürülmüş işçilərlə, əvəzçilik qaydasında və saathesabı işləyənlərlə bağlanılır.

ӘMR №________

Bakı şәhәri                                                       ____________ 2020-ci il

İşçinin müddətli əmək müqaviləsi ilə işə qəbul olunması haqqında

Bakı Şəhər Təhsil İdarəsinin ____  tarixli, ___ nömrəli razılıq məktubuna  və  Məmmədova Rəmziyyə Rza qızı ilə bağlanılmış ___ ________2020-ci il tarixli, ____№-li əmək müqaviləsinə əsaslanaraq

ƏMR EDİRƏM:

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsini 2005-ci ildə bitirmiş Məmmədova Rəmziyyə Rza qızı ____ _______ 2020-cı il tarixdən ___ ______________ 2020-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətdə olan Məmmədova Dilarə Səməd qızının yerinə, həftəlik ____ saatlıq dərs yükü ilə məktəbin fizika müəllimi vəzifəsinə  təyin olunsun.

 

Direktor ________ Nəbili N.N.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

 
 
 

 

1 Komment

  1. Ramil 30 Dekabr 2022

    salam.əgər hərbi rəhbər vakant olan bir vəzifəyə müqavilə ilə bir il müddət təyin olunubsabir il bitəndə sonra fealiyyeti necə olacaq.Davam edece bilecek isine.məlumat ücün bilbirim ki herbi rəhbər test imtahanından və müsabiqədən kecib təyin olunarkən.zəhmət olmas acavablandırın

Şərh yazın