Hamiləliyə və doğuma görə müavinət verilməsi üçün tələblər (Nümünəvi protokol forması)

Hamiləliyə və doğuma görə müavinət verilməsi üçün tələblər (Nümünəvi protokol forması)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Hamiləliyə və doğuma görə müavinət zamanı tələb olunan xəstəlik vərəqəsi hamilə qadınlara mama-ginekoloq həkimi tərəfindən verilir. Mama-ginekoloq həkimi olmadıqda, xəstəlik vərəqələri ümumi qəbul aparan həkim tərəfindən verilir.

Təzəcə doğulmuş uşağı birbaşa doğum evindən övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdərkən (ana öldükdə, stasionarda ruhi və digər xəstəliklərdən müalicə olunduqda və ananın uşağı böyütmək iqtidarında olmadığı sair hallarda) xəstəlik vərəqəsi doğum evinin baş həkimi tərəfindən övladlığa götürmə haqqında və övladlığa götürmədən uşaq böyütməsi haqqında sənədin təqdimindən sonra, doğum şəhadətnaməsində göstərilmiş uşağın anadan olan günündən etibarən 56 təqvim günü müddətinə verilir.

Xəstəlik vərəqəsi iki hissədən ibarətdir. Vərəqənin ön tərəfi səhiyyə müəssisəsi tərəfindən doldurulur. Arxa tərəfi isə işçinin işlədiyi təşkilat tərəfindən tərtib olunur. Vərəqənin arxa tərəfi özü də bir neçə hissədən ibarətdir. Onun bir hissəsini tabel uçotunu aparan işçi, bir hissəsini kadrlarla iş şöbəsi, bir hissəsini müavinət komissiyası, bir hissəsini isə mühasib doldurur və imzalayır. Vərəqənin arxa hissəsinə müəssisənin adı, işçinin vəzifəsi, əmək müqaviləsinin forması, hansı ildən hansı ilədək işləməsi, ümumi əmək stajı, protokolun nömrəsi, müavinətin növü, əmək haqqı barədə məlumatlar və digər rekvizitlər işlənilir.

Müavinət komissiyasının iclasında baxılmaq üçün işçi hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmaq və müavinət almaq barədə ərizə yazmalı, xəstəlik vərəqəsini ərizəyə əlavə etməlidir. Belə ərizənin nümunəvi formasını “Məzuniyyətlər” bölməsində təqdim etmişik. Əvvəlcə Müavinət komissiyasının iclasının protokolunun nümunəvi formasına baxaq, sonra əmri nəzərdən keçirərik.

«Alov» MMC-nin

Müavinət komissiyasının iclasının

PROTOKOLU № _____

Saatlı şəhəri                                        ____       ____________2019-cu il

 İştirak edirdilər:

  1. Əliyev Adil Camal oğlu (komissiyanın sədri)
  2. Qalabəyov Əlimərdan Həsən oğlu (komissiyanın üzvü)
  3. Məmmədov Kamil Amil oğlu (komissiyanın üzvü)

İclasın gündəliyi: Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızına hamiləlik və doğumla bağlı müavinətin ödənilməsi məsələsi

Eşidildi: Komissiyanın sədri Əliyev Adil Camal oğlu bildirdi ki, Quliyeva Əsmər Qadir qızı 2018-ci ilin fevralından “Alov” MMC-də Kadrlarla iş şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Təkcə “Alov” MMC-də sosila sığorta stajı 6 aydan çoxdur. Komissiyanın sədri qeyd etdi ki, işçi 27 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş  “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin tələblərinə uyğun tərtib olunmuş hamiləlik və doğumla bağlı xəstəlik vərəqəsi təqdim edib. Sənədə uyğun olaraq onun sosial məzuniyyəti 126 gün olmalıdır.

Komissiyanın üzvü Qalabəyov Əlimərdan Həsən oğlu söz alaraq bildirdi ki, Quliyeva Əsmər Qadir qızının sənədlərinin hazırlanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə təqdim etmək üçün heç bir hüquqi maneə yoxdur.

Komissiyanın digər üzvü Məmmədov Kamil Amil oğlu xəstəlik vərəqəsinin arxa hissəsinin müvafiq şöbələr tərəfindən doldurulması və mühasibatlıq tərəfindən işçinin sosial müavinətinin məbləğinin hesablanmasının vacibliyini vurğuladı.

 

Qərara alındı:

Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən sığortaolunanın 126 (bir yüz iyirmi altı) günlük hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxmaq və sosial sığorta ödənişləri hesabına müavinət almaq hüququ var.

 Komissiyanın sədri: ___________ Əliyev Adil Camal oğlu

Komissiyanın üzvü: ___________Qalabəyov Əlimərdan Həsən oğlu

Komissiyanın üzvü: ___________Məmmədov Kamil Amil oğlu

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

 
 
 
 
 
 

0 Komment

    Şərh yazın