Məzuniyyətin hesablanmasının 3 fərqli halının MİSALLA izahı

Məzuniyyətin hesablanmasının 3 fərqli halının MİSALLA izahı

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 140-cı, “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi” maddəsinin birinci hissəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
Maddədən göründüyü kimi, məzuniyyət haqqının hesablanması zamanı işçinin öncəki 12 təqvim ayı üzrə orta əmək haqqını nəzərə almalıyıq. Maddədə, həmçinin qeyd edilir ki, məzuniyyət haqqının hesablanması zamanı işçinin birinci, ikinci və ya daha çox iş ili olmasının hesablamaya hər hansı təsiri yoxdur.
Maraqlıdır ki, işçi 12 aydan az işlədikdə, məzuniyyət haqqı necə hesablanmalıdır? Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Əmək qabiliyyətinin itirilməsi zamanı müavinətin hesablanması ilə bağlı Əsasnamədə qeyd edilir ki, işçinin hansı müddətdə işləməsindən asılı olmayaraq dövr olaraq 12 ay götürülür. Məzuniyyətlə bağlı əmək qanunvericiliyinin tələbi isə fərqlidir.
Mİsal 1. 1 mart 2021-ci il tarixdə işə qəbul olunan işçi 15 oktyabr 2021-ci il tarixdə işəgötürənə müraciət edir ki, 22 oktyabr 2021-ci il tarixdən 15 gün müddətinə əmək məzuniyyətinə çıxmaq istəyir. Deməli, işçinin işlədiyi tam ayların sayı 7 ay (01 mart – 30 sentyabr 2021-c il) olduğuna görə hesablama zamanı 7 ayın göstəriciləri əsas götürüləcək.
Bir məsələni qeyd edək ki, işçi işə qəbul olunduqdan sonra hər hansı səbəbdən 12 təqvim ayının hamısını işləməyibsə, hesablama zamanı yenə də 12 ay əsas götürülür.
Mİsal 2. İşçi 1 sentyabr 2020-ci il tarixdə işə qəbul olunub. 2021-ci ilin iyul-avqust aylarında ödənişsiz məzuniyyətə çıxıb. 10 oktyabr 2021-ci il tarixdə əmək məzuniyyəti hüququndan istifadə etmək istəyir.
İşçinin əvvəlki 12 ayın 2 ayında ödənişsiz məzuniyyətlə əlaqədar olaraq əmək fəaliyyətinin olmamasına baxmayaraq məzuniyyət haqqı hesablanan zaman cəmi məbləğ 10 aya yox, 12 aya bölünəcək.
Mİsal 3. 10 fevral 2021-ci ildə işə qəbul olunan işçi 25 noyabr 2021-ci il tarixdə 15 günlük məzuniyyətə çıxır. İşçi 10 mart 2021-ci il tarixindən 10 günlük ödənişsiz məzuniyyətdə olub. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyəti haqqının hesablanması üçün 2020-ci ilin mart-oktyabr dövrü əsas götürüləcək. İşçi mart ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğu üçün hesablamada bu ayın əmək haqqı aşağı məbləğdə nəzərə alınacaq.

30 may 2022-ci il saat 10:00-da keçiriləcək 4 saatlıq Növbəti tematik təlim

ƏMAS altsistemi: Proqram təminatı və əmək qanunvericiliyinin tələbləri

ƏMAS altsistemində struktur, bölmə və ştatın yaradılmasının, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam verilməsinin ADDIM-ADDIM izahı
Qeyd edək ki, 30 may 2022-ci il tarixi bazarertəsi olsa da, Müstəqillik günü ilə əlaqədar qeyri-iş günü hesab edilir.
Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. İsa 20 Sentyabr 2022

    Salam. İşçi mezuniyyete çıxarkən, 12 teqvim ayı analıq mezuniyyetine tesadüf ederse necə hesablanır? Yeni 126 gün 12 teqvim ayının içinde olarsa. Misal. Tutaq ki avqust ayında məzuniyyete çıxan işçiye 7 ay bu ilden 5 ayda keçen ilden götürürük, amma keçen ilin 126 gün analıq məzuniyyəti avqust ayında verilib, neticede 15 ayın cəmi hesablanmışl alınır.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər