“Müharibə veteranı” adı alan şəxslərə 46 təqvim günü məzuniyyət hesablanmalıdır?

“Müharibə veteranı” adı alan şəxslərə 46 təqvim günü məzuniyyət hesablanmalıdır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 120-ci, “Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti” maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya ) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. 

Maddədə diqqət çəkən məqam ikinci Qarabağ müharibəsində vuruşan, yaralanan və ya döyüşlərdə fərqlənənlərə (məsələn, Füzuli və ya Şuşanın azad olunmasına görə medal alan) 46 təqvim günü məzuniyyətin aid edilib-edilməsidir.

İkinci Qarabağ müharibəsində (Vətən müharibəsində) qələbə münasibətilə müvafiq qaydada Azərbaycan Respublikasının orden və medalları təsis edilib ki, bu döyüşlərdə fədakarlıq göstərmiş şəxslər ölkə Prezidenti tərəfindən orden və medallarla təltif ediliblər. Bu təltiflər Əmək Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltiflərinə aid edildiyi üçün həmin təltifləri olan işçilərə 46 təqvim günü müddətində əmək məzuniyyəti verilir.

Son zamanlar maddə ilə bağlı həmkarlarımızdan daxil olan sual ondan ibarətdir ki, Prezidentin sərəncamı ilə bağlı heç bir medal almayan, amma müharibədə iştirak edənlərə də 46 gün əmək məzuniyyəti tətbiq edilir. Hazırkı qanunvericilikdə 46 gün əmək məzuniyyəti tətbiq edilən şəxslərlə bağlı tələblərdə “müharibə iştirakçısı” ifadəsindən istifadə edilmir. O səbəbdən də, Əmək Məcəlləsinin 120-ci maddəsinin tələbləri Prezidentin sərəncamı ilə bağlı heç bir medal almayan, amma müharibədə iştirak edənlərə şamil edilmir. Təbii ki, işəgötürən daxili sənədlərdə həmin şəxslərin əmək şəraitinin yaxşılaşdırılması üçün onlara 46 gün əmək məzuniyyəti hüququ müəyyən edə bilər.

Qeyd edək ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə Əmək Məcəlləsinin 120-ci maddəsinin tələblərinin “müharibə veteranı” adı alan şəxslərə də şamil edilməsi nəzərdə tutulub.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

 
 
 

4 Komment

  1. Ucal 15 Oktyabr 2022

    Men 44 günlük müharibə iştirak etmişəm amma bir müharibə iştirakçısı medalı veriblər məndə düşür

  2. Telman 14 Dekabr 2022

    Salam.axşamınız xeyir.mən müharibə iştirakçısıyam.1 ci Qarabağ.mən bilmək istəyirəm mənə hal hazırda neçə gün məzuniyyət düşür.

  3. Rauf 31 Yanvar 2023

    Salam mən müharibə veteranıyam hal hazrda 46 günlük mezuniyyetdeyem.Normalda bizde məzuniyyet ödenişlidi.Mənim sualım oduku müharibe veteranlarındanda mezuniyyete çıxdıqlarına göre pul tutulmalıdır?

  4. Nəcəf 15 May 2023

    Salam. Mən 2 ci qarabağ müharibəsi veteranıyam. Suqovuşanın azad olunması medalı ilə təltif edilmişəm. Mənə də şamil edilirmi 46 gün mənzuniyyət?

Şərh yazın