“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş də müvəqqəti məhdudlaşdırılacaq
Ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikəri nəzərdə tutan “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan 9 may saat 22:00-dək məhdudlaşdırılacaq.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
“Əmək müqaviləsi bildirişi” altsisteminə dair məlumatların ƏMAS-a miqrasiyası prosesi başa çatdırıldıqdan sonra, növbəti həftənin ilk iş günündən, mayın 10-dan ƏMAS işəgötürən və işçilərin istifadəsinə veriləcək.
Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək müqavilələrinin bağlanılması, onlara dəyişiklik edilməsi və ya xitam verilməsi də artıq ƏMAS platforması üzərindən olmaqla e-qaydada həyata keçiriləcək.
1 Komment
Leyla 11 May 2022
Salam, yeni sistemdə əmək müqaviləsinə hər bir dəyişiklik üçün yeni əmək müqaviləsi bağlanılır. Hətta staja görə məzuniyyət günlərinin uzadılması ilə bağlı dəyişiklik yeni əmək müqaviləsinin bağlanmasına səbəb olur. Bildirişdə buna görə işçinin müqaviləsi yeni tarixlə çıxır və ilkin bağlanılan tarix əks edilmir. Bu nə dərəcədə düzgündür?
Şərh yazın