İşçi öncəki iş ilinin məzuniyyətini dondurub, cari iş ilinin məzuniyyətindən istifadə edə bilər?

İşçi öncəki iş ilinin məzuniyyətini dondurub, cari iş ilinin məzuniyyətindən istifadə edə bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri ötən illərdəki məzuniyyətindən istifadə etməyən işçinin məzuniyyət ərizəsində cari ilin məzuniyyətini qeyd etməsidir.

Misal .1 yanvar 2020-ci ildə işə qəbul olunan işçi məzuniyyət hüququndan heç vaxt istifadə etməyib. İşçi 2022-ci ilin aprel ayında 20 günlük məzuniyyət hüququndan istifadə etdikdə, istifadə etmədiyi məzuniyyət günlərindən 1 yanvar 2022 – 1 yanvar 2023-cü il iş ilində faydalanmaq istədiyini ərizədə qeyd edir. Bu halda işəgötürən işçi ilə razılaşmalıdır, yoxsa ötən dövrün məzuniyyət günlərindən istifadə olunmasını tələb etməlidir?

Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, məzuniyyətlə bağlı əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Misalımıza uyğun olaraq, işəgötürən əmrdə məzuniyyətin aid olduğu müvafiq iş ilini mütləq göstərməlidir, əgər əvvəlki iş ilindən qalıq qalıbsa, ilk növbədə həmin məzuniyyətlərdən istifadə qeyd olunmalıdır. Əgər məzuniyyət günləri iki işi ilini əhatə edərsə, o zaman hər iş il üzrə istifadə ediləcək günlərin ayrıca qeyd olunması məqsədəuyğundur.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın