Elektron informasiya sistemi niyə müddətin avtomatik artırılmasını həyata keçirmir?

Elektron informasiya sistemi niyə müddətin avtomatik artırılmasını həyata keçirmir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Maraqlıdır ki, niyə elektron informasiya sistemində müddətli əmək müqaviləsinin uzadılması avtomatik həyata keçirilmir?

Fikrimizcə, elektron informasiya sistemi işəgötürənin təqdim etdiyi məlumatların uçotunu və reyestrini həyata keçirir. Sistem tərəfindən müddətli əmək müqaviləsinin avtomatk uzadılması işəgötürənin səlahiyyətlərinə müdaxilə anlamına gələ bilər. O səbəbdən də, elektron informasiya sistemində müddətin avtomatik artırılması funksiyası nəzərdə tutulmayıb. Bundan əlavə, mümkündür ki, işəgötürən 1 il müddətinə əmək müqaviləsi imzaladığı şəxslə növbəti müqavilə müddətini 1 il yox, 6 ay uzatsın və rəsmiləşdirmə də həmin müddət üzrə həyata keçirilsin. Elektron informasiya sistemi yalnız işəgötürənin daxil etdiyi məlumatların elektron bazada qeydiyyata alınmasını nəzərdə tutur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər