Məzuniyyətlərin növbəlilik cədvəli varsa, işçi ərizə yazmalıdır?

Məzuniyyətlərin növbəlilik cədvəli varsa, işçi ərizə yazmalıdır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Maraqlıdır ki, işçi növbəlilik cədvəlində nəzərdə tutulan vaxtda məzuniyyət hüququndan istifadə etmək istəmədiyi halda, proses necə tənzimlənir?

Mİsal. İşəgötürən işçinin rəyini öyrənməklə (razılığını almaqla) əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəli tərtib edib. Məzuniyyətin başlanmasına bir neçə gün qalmış işçi heç bir əsaslı səbəb olmadan bildirir ki, məzuniyyətə getmək üçün ərizə yazmaq istəmir. Əmək Məcəlləsinin 138-ci maddəsində qeyd edilir ki, bütün növ məzuniyyətlərin verilməsi işçinin ƏRİZƏSİ əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

Fikrimizcə, işəgötürənin tərtib etdiyi növbəlilik cədvəlinə uyğun olaraq işçi məzuniyyət hüququndan istifadə etmirsə, işəgötürən müəssisədaxili intizam qaydalarına uyğun olaraq işçiyə intizam tənbehi tətbiq edə bilər. İşəgötürən işçiyə töhmət verməklə onun məzuniyyət hüququndan istifadə etməsi üçün ərizə yazmasını vacibliyini qeyd etməlidir.  İşçi ərizə yazmamaq israrında davam edərsə, o zaman işəgötürənin iki seçimi qalır:

-  Məzuniyyətin növbəlilik cədvəlini əsas tutaraq, işçinin məzuniyyətə göndərilməsini təmin etmək;

-  İntizam tədbirlərindən nəticə çıxartmayan işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Göründüyü kimi, əgər işəgötürən işçilərin məzuniyyətlə bağlı prosedurlarını düzgün həyata keçirərsə, məzuniyyət hüququndan qabaqcadan razılaşdırılmış müddətdə istifadə etməyən işçini məcburi əmək məzuniyyət göndərməklə yanaşı, onu əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaq hüququna malikdir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın