Məzuniyyətlərin növbəlilik cədvəlinin tərtibi nə zaman məcburidir?

Məzuniyyətlərin növbəlilik cədvəlinin tərtibi nə zaman məcburidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 133-cü maddəsinin birinci hissəsinə əsasən, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.

Həmkarlarımızın bəziləri hesab edirlər ki, işçilərin sayı müəyyən həddən (misal üçün 50 nəfərdən) çox olduqda əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlinin tərtib olunması mütləq şərtdir.

Əmək Məcəlləsinin 133-cü maddəsində qeyd edilən tələb dispozitivdir, yəni işəgötürənə öz seçiminə uyğun davranmaq imkanı verir. 10 işçisi olan işəgötürən məzuniyyət prosesinin düzgün tənzimləmək üçün növbəlilik cədvəli tərtib edə bilər. Və ya əksinə, məsələn, işçilərinin sayı 200-dən çox olan işəgötürən əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlinin tərtibinə ehtiyac duymaya bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın