Əmək qabiliyyətini 6 aydan çox itirən işçiyə müavinət hesablanması davam edə bilər?

Əmək qabiliyyətini 6 aydan çox itirən işçiyə müavinət hesablanması davam edə bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işçinin əmək qabiliyyətini itirməsi müddətinin 6 aydan çox davam etməsidir. Əmək Məcəlləsini 74-cü maddəsinin qeyd hissəsində bildirilir ki, Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir.

Mİsal İşçi 10 fevral 2022-ci ildə əmək qabiliyyətini müvəqqəti itirməsi haqqında sənəd təqdim edir. Müəyyən müddətdən sonra işçinin xəstəliyinin ciddi olduğu müəyyən edilir və cərrahi əməliyyata ehtiyac yaranır. İşçinin təqdim etdiyi xəstəlik vərəqəsinə görə müddət 6 ayı keçərsə, bu zaman işəgötürən 6 aydan sonra müavinətin hesablanması üçün Dövlət Sosial Müdafiə Fonduna haqq-hesab göndərməlidir, yoxsa əmək müqaviləsinə xitam verməlidir?

Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, Tibbi-Sosial Ekspert Komissiyası işçiyə əlillik müəyyən etmək üçün prosesi həyata keçirmәlidir. Təcrübədə həmin müddət uzanarsa, o zaman işçiyə əmək qabiliyyətinin itirilməsi ilə bağlı xəstəlik vərəqəsi təqdim olunur ki, işəgötürən işçiyə müavinətin hesablanmasını həyata keçirsin. O da mümkündür ki, tibb müəsssisəsi işçinin xəstəlik tarixçəsi haqqında məlumatları elektron qaydada Tibbi-Sosial Ekspert Komissiyasına göndərsin ki, əlilliyin müəyyən edilməsi ilə bağlı qərar verilsin.  Komissiya adətən 10 gün ərzində müraciətə baxıb əlilliklə bağlı  qərar verməlidir, amma təcrübədə müddətin uzanması hallarına rast gəlinir. Əlilliyin müəyyən olunması dövrü üçün işçiyə xəstəlik vərəqəsi təqdim olunmalıdır. Həmin xəstəlik vərəqəsi tibb müəssisəsi və ya Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən tərtib olunur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın