“Əvəzgün” verilməsi zamanı insan resursları mütəxəssislərinin ən çox etdiyi səhv hansıdır?

“Əvəzgün” verilməsi zamanı insan resursları mütəxəssislərinin ən çox etdiyi səhv hansıdır?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 164-cü maddəsinin ikinci hissəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Mİsal 1. İşəgötürən 6 fevral 2022-ci il tarixdə (həftəninin bazar günü) işçini işə cəlb edir və əmr verir ki, istirahət günü işə cəlb edilən işçi həftənin çərbənşə axşamı - 8 fevral 2022-ci il tarixdə işə çıxmasın. Bu zaman işəgötürən işçiyə hər hansı əlavə ödəniş hesablamır, əsas kimi işə cəlb olunduğu istirahət günü əvəzinə ona bir iş günü istirahət verməsini göstərir. Təəssüf ki, təcrübədə əksər işəgötürənlər tərəfindən tətbiq edilən bu cür yanaşma səhvdir. İşçi çərşənbə axşamı işçiyə istirahət günü verməklə, onun aylıq iş normasını bərabərləşdirir. Fevral ayında 20 iş günü olduğu üçün 160 saat  (20 iş günü x 8 saat) iş norması mövcuddur. İşəgötürən işçini bazar günü 8 saat işə cəlb edir və istirahət günü iki qat hesablanmalı olduğu üçün işçiyə ödəniləcək iş saatı 176 saat (160 saat (aylıq iş norması) + 8 saat (bazar günü cəlb etdiyi iş saatlarının sayı) x 2 (istirahət günü işə çıxmasına görə ikiqat hesablama)) təşkil edir. İşəgötürən çərşənbə axşamı (iş günü) işçiyə 8 saat istirahət verməklə aylıq iş normasının 168 saat (176 saat (istirahət günü nəzərə alınmaqla aylıq iş saatlarının cəmi) – 8 saat (çərşənbə axşamı işçinin normal iş saatı) olmasını təmin edir.

Bu səbəbdən də, əvəzgün verilməsinə baxmayaraq, işçinin 8 saatlıq əmək haqqının hesablanmasını da həyata keçirməlidir. Əgər əvəzgün verilməsəydi, o zaman işçiyə 16 saat hesablanmalı idisə, əvəzgün verildiyi halda 8 saat üçün əmək haqqı hesablanması həyata keçirilməlidir. Çünki Əmək Məcəlləsinin 164-cü maddəsinin birinci hissəsinə əsasən, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilməlidir.

Əvəzgün verilməsi halını daha bir misalla izah edək….

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın