İş ili hansı tarixdən başlayır: müqavilənin imzalandığı, yoxsa işçinin işə başladığı?

İş ili hansı tarixdən başlayır: müqavilənin imzalandığı, yoxsa işçinin işə başladığı?

Satışına start verilən “Əməyin uçotu:A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən maraqlı hallardan biri işçinin əmək müqaviləsini imzaladığı tarixlə işə başlama tarixinin fərqli olmasıdır.

Mİsal. İşəgötürənlə 1 aprel 2022-ci il tarixdə əmək müqaviləsi bağlayan işçi 15 aprel 2022-ci ildə işə başlayacaq. Bu halda işçinin iş ilinin başlanma tarixi 1 aprel 2022-ci il, yoxsa 15 aprel 2022-ci il hesab ediləcək? 

İşçinin əmək müqaviləsinin bağlandığı tarixdən sonra işə başlaması tarixi ağlabatan olmalıdır. Adətən, bu cür hallar o zaman baş verir ki, işçinin başqa işəgtöürəndə aktiv əmək müqaviləsi mövcud olur və işçi həmin müqaviləyə xitam verilməsini gözləyir. Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq həmin dövr bir təqvim ayı müəyyənləşdirildiyindən, fikrimizcə, işçinin əmək müqaviləsini imzalama və işə başlama tarixləri arasındakı müddətin bir aydan çox olması məqsədəuyğun deyil.

İş ilinin hansı tarixdən hesablanmasına gəlincə isə, Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılmasıi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Maddədən göründüyü kimi, əmək müqaviləsi elektron informasiya sisteminə daxil edildiyi tarixdən hüquqi qüvvəyə minmiş hesab ediləcək. O səbəbdən də, əmək müqaviləsinin imzalanması və ya işçinin işə başlama tarixi yox, əmək müqaviləsinin sistemə daxil eldiyi tarix işçinin iş ilinin başlanma tarixi hesab edilməlidir. Çünki sistemə daxil edilməmiş, kağız formada bağlanmış əmək müqaviləsi əmək münasibətləri üçün hər hansı öhdəlik yaratmır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın