İş vaxtının cəmlənmiş uçotunda yekun iş saatı normadan az olduqda proses necə həyata keçirilir?

İş vaxtının cəmlənmiş uçotunda yekun iş saatı normadan az olduqda proses necə həyata keçirilir?

Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

İş vaxtının cəmlənmiş uçotunda işçinin normadan az işləməsi mümkündür. Bu zaman işçinin əməyinin ödənilməsi necə həyata keçirilir?

Misal.  İşəgötürən iş vaxtının cəmlənmiş uçotu üçün qeydiyyat dövrünü illik olaraq müəyyən edib. 2021-ci ilin sonunda məlum olur ki, işçinin illik norması 1 920 saat müəyyən olunsa da, iş saatı 1900 saat təşkil edib. İşəgötürən işçiyə hər ay 1 000 manat əmək haqqı hesablayaraq ödəyib. İşəgötürən 20 saat az işlədiyinə görə işçinin əmək haqqı üzrə azalma edə bilər. Bu iki yolla mümkündür.

Birinci hal. İşəgötürən əmək müqaviləsində və kollektiv müqavilədə qeyd edir ki, ilin sonunda işçinin iş vaxtı norması aşağı olduğu halda belə işçinin aylıq əmək haqqını azaltmayacaq. Bu halda işəgötürən işçinin əmək haqqında azalma həyata keçirmir.

İkinci hal. İşəgötürən işçinin işləmədiyi 20 saat (1920 (illik iş vaxtı norması) – 1 900 manat (işçinin işlədiyi iş norması)) üzrə hesablanan əmək haqqıda azalma həyata keçirir.

İşçinin 2021-ci il üzrə işləmədiyi iş saatının 2022-ci ilin üzərinə əlavə olunması mümkündür? Xeyr, qeydiyyat dövrü illik olduğu üçün yekun hesablama da 2021-ci il üzrə həyata keçirilməlidir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın