Müddətli müqavilənin artırılmasında ən çox rast gəlinən səhv hansıdır?

Müddətli müqavilənin artırılmasında ən çox rast gəlinən səhv hansıdır?

Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Müddətli əmək müqaviləsinin artırılmasında bəzi həmkarlarımızın yol verdiyi səhv haqqında misal üzərində məlumat vermək istərdik.
Mİsal 1. İşəgötürən işçi ilə 3 aylıq əmək müqaviləsi imzalayır və müddət bitdikdən sonra müqavilə eyni müddətdə artırılır. 6 aydan sonra əmək müqaviləsinin müddəti yenə avtomatik 6 ay artırılır: (3 ay (bağlandığı müddət) + 3 ay (uzadıldığı müddət)). İşəgötürən 9-cu ayda işçinin əmək müqaviləsinə müddətin bitməsi adı ilə xitam vermək istərsə, bu, doğru (qanuni) olmayacaq. Çünki əmək müqaviləsi 9 aydan yox, 12 aydan sonra başa çatır. İşçinin əmək müqaviləsi ilk dəfə 3 ay artırıldığı üçün əmək müqaviləsinin müddəti artıq 6 aylıq hesab edilir. Məhz buna görə əmək müqaviləsinin müddəti ikinci dəfə 3 aylıq yox, 6 aylıq artırıldığından müqavilənin bitmə tarixi müqavilə imzalandığı tarixdən 12 ay sonra hesab edilir.
Fikrimizin daha da aydın olması üçün fərqli misala baxaq.

Mİsal 2. İşəgötürən işçi ilə 5 aylıq əmək müqaviləsi imzalayır. Müddət bitdikdə qarşılıqlı razılaşmaya əsasən, müqavilənin müddəti 2 ay müddətinə artırılır. Müqavilə imzalandığı gündən 7 ay (5 ay (ilkin müqavilə dövrü) + 2 ay (artırılan dövr)) keçdikdən sonra, müddətli əmək müqaviləsi avtomatik artırılır. Bu halda işçinin əmək müqaviləsi sonuncu dəfə 2 ay artırılsa da, ümumi əmək müqaviləsi 7 aylıq olduğu üçün, artırılan müddət də 7 ay nəzərə alınmalıdır.
İşəgötürən tərəfindən müddətli əmək müqaviləsinin artırılması müddətinin zamanı  aşağıdakı iki proses həyata keçirilməlidir...

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı 

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın