Əmək qanunvericiliyinə əsasən, hansı halda elektron protokol tərtib olunacaq?

Əmək qanunvericiliyinə əsasən, hansı halda elektron protokol tərtib olunacaq?

Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə
2 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa əsasən, əmək qanunvericiliyi üzrə elektron protokolun tərtib olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Məcəlləyə əlavə olunan 127-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarıla bilər. Haqqında elektron qərar çıxarlan hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Əgər hüquqi şəxs həmin müddətdə cəriməni ödəməzsə, o zaman həmin elektron protokol məhkəməyə göndərilir.

Mİsal. İşəgötürən əmək müqaviləsi elektron informasiya sistemində hüquqi qüvvəyə minməyən şəxsi işə cəlb edib. Dövlət Əmək Müfəttişliyi Xidməti həmin pozuntunu elektron informasiya sistemində olan məlumatlar əsasında müəyyən etdiyi üçün hüquqi şəxsi və onun vəzifəli şəxsini İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun cərimələyir. Qeyd edək ki, həmin maddəyə əsasən, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Bir məsələni qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, elektron protokol haqqında məlumatın çatdırılmasının iki növü var:
- inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında müvafiq qaydada SMS məlumat çatdırıldığı vaxtdan;
- inzibati xəta törətmiş şəxs bu müvafiq onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda).
Bir məsələni qeyd edək ki, elektron qaydada inzibati protokol tərtib olunduqda, cərimənin aşağı həddi də müəyyən olunur. Misalımıza uyğun olaraq, cərimə vəzifəli şəxs üçün üç manat olduğu halda, hüquqi şəxslər üçün iyirmi manatdır.
Əgər cərimə 10 gün ərzində ödənilərsə, həmin inzibati protokol üzrə işlər başa çatmış hesab edilir. Ancaq işəgötürən hesab etsə ki, hüquqi şəxsə tətbiq olunan elektron protokol düzgün deyil və 10 gün ərzində ödənişi həyata keçirməsə, dövlət qurumu hüquqi şəxs üzrə qərarın verilməsi üçün sənədləri məhkəməyə göndərir.
Vəzifəli şəxs də cərimə ilə razı olmasa, ona məlumatın çatdığı tarixdən iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı 

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın