RƏSMİ! Müddətli əmək müqaviləsinin xitamı zamanı İşsizlikdən sığorta ödənişinin şərtləri asanlaşdırılır

RƏSMİ! Müddətli əmək müqaviləsinin xitamı zamanı İşsizlikdən sığorta ödənişinin şərtləri asanlaşdırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri təsdiqləyib.  Dəyişikliklə bağlı bəzi vacib məqamları həmkarlarımızın diqqətinə çatdırırıq.

Dəyişikliyə əsasən, sığorta hadisəsi dedikdə sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal yəni “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının  Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları başa düşüləcək. Bu dəyişikliyi bir növ dəqiqləşdirmə xarakterli hesab etmək olar.

Əsas dəyişikliklər əmək müqaviləsinin müddətinin bitməsi halı üzrə işsizsizlik sığorta haqqının ödənilməsin ilə bağlıdır. Həmin dəyişiklikləri cədvəl formasında təqdim edirik:

Sıra

Məzmunu

Öncəki variant           

Dəyişiklikdən sonrakı variant

1

Sosial stajın müddəti ilə bağlı tələb

36 ay

30 ay

2

Ödənişin müddəti ilə bağlı tələb

işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra

Müddət tələbi ləğv edilir

Məlumat üçün bildirək ki,  işsizlikdən sığorta haqqı aşağıdakı hallarda əmək müqaviləsinə xitam verildikdə ödənilir:

- dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən;

- işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən;

- əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə , 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
2) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
3) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

10 yanvar 2022-ci il tarixdən satışda olacaq Nəşrlərimiz

4) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
5) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
6) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 40(35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın