Məzuniyyətin hesablanması zamanı maddədəki “faktiki işlədiyi tam təqvim ayları” məfhumunun izahı

Məzuniyyətin hesablanması zamanı maddədəki “faktiki işlədiyi tam təqvim ayları” məfhumunun izahı

Satışı yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Son olaraq, bəzi həmkarlarımızın Əmək Məcələsinin 140-cı maddəsinin ikinci hissəsindəki “faktiki işlədiyi tam təqvim aylarına” məfhumuna görə işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmamalıdır” fikrinə münasibət bildirmək istərdik.
Mİsal. İşçi 21 yanvar 2021-ci ildə vəzifəyə təyin olunub və tərəflərin qarşılıqlı razılığı ilə 25 fevral 2021-ci ildə onun əmək müqaviləsinə xitam verilib. İşçi işdən azad olunduqda, əmək məzuniyyətindən istifadə etmədiyinə görə ona kompensasiya hesablanmalıdır? Bəzi həmkarlar hesab edirlər ki, Əmək Məcəlləsinin 140-ci maddəsinin ikinci hissəsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Bu səbəbdən işçi tam iş ayı işləmədiyi üçün əmək məzuniyyətinə görə kompensasiya necə hesablanmalıdır?
Fikrimizcə, qısa müddət ərzində (məsələn 30 gündən az) işləyib işdən azad olunan işçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilib-verilməməsi məsələsinə baxılarkən öncə həmin işçinin qanunvericiliklə məzuniyyət hüququnun olub-olmamasına aydınlıq gətirilməlidir. Əmək Məcəlləsinin 110-cü maddəsinin 1-ci hissəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Buradan görünür ki, işçinin əmək məzuniyyəti hüququ əmək müqaviləsinin müddəti ilə məhdudlaşdırıla bilməz.
Belə olan halda, məsələn 36 təqvim günü işləyib işdən azad olunan fəhlə kateqoriyasına aid işçiyə istifadə edilməmiş 2 təqvim günü (36 / 365 x 21 = 2) məzuniyyət üçün kompensasiya ödənilməlidir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45 (40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın