Əmək müqaviləsinin bağlanması zamanı hansı şərtlərə əmək etmək lazımdır?

Əmək müqaviləsinin bağlanması zamanı hansı şərtlərə əmək etmək lazımdır?

Satışı yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 46-cı, “əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası” maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.

Məcəllənin 54-cü maddəsində işəgötürən tərəfindən işçilərin əmək funksiyasının yerinə yetirilməsi üçün əmək şəraitini təmin edilməsi şərtləri konkret qeyd olunub. Həmin maddədə qeyd edilən əmək şəraiti haqqında geniş məlumat növbəti səhifələrdə verilib. Misal üçün, işəgötürən əmək müqaviləsində işçinin əmək haqqı, məzuniyyət hüququ, əməyin mühafizəsi və sair bu kimi əmək şəraitlərini təmin etməlidir.

Qeyd edək ki, əmək müqaviləsi bir qayda olaraq, fərdi qaydada imzalanır. Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən, əmək müqaviləsi kollektiv qaydada da bağlanıla bilər. Müvafiq işlərin görülməsi, xidmətlərin göstərilməsi (tikinti-təmir, yükləmə-boşaltma, məişət, ticarət, əkin-biçin, heyvandarlıq işləri) iki və daha çox işçi qrupu tərəfindən kollektiv halında həyata keçirilməklə əmək müqaviləsinin bağlanması kollektivin (briqadanın, işçi qrupunun) hər bir üzvünün yazılı razılığı ilə yol verilir. Bu halda işçilər, işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq üçün bir nümayəndəsini müvəkkil edir.

Mİsal İşəgötürən Füzuli-Xankədi yolunun tikintisini həyata keçirir. Həmin tikintidə iki qrupda çalışan 20 işçinin razılığı ilə kollektiv əmək müqaviləsi bağlanılır. Müqavilənin imzalanması üçün bir nümayəndə müvəkkil edilir. Kollektiv əmək müqaviləsi imzalandıqda fərdi qaydada əmək müqaviləsinin imzalanmasına ehtiyac yaranmır.

Bir daha bildirmək istəyirik ki, kollektiv müqavilə ilə kollektiv əmək müqaviləsi fərqli anlayışdır. Təcrübədə kollektiv müqavilənin tətbiq edilməsinə rast gəlinsə də, kollektiv əmək müqaviləsi bir o qədər istifadə olunmur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45 (40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

 

0 Komment

    Şərh yazın