Ərizənin tərtib olunmasında diqqə yetiriləsi vacib məqamlar

Ərizənin tərtib olunmasında diqqə yetiriləsi vacib məqamlar

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Kadrlarla iş xidmətində ərizə rəsmi sənəd sayılır. Azərbaycan qanunvericiliyində ərizənin vahid forması təsbit olunmayıb. Onun yazılması ilə bağlı hər hansı qaydalar qoyulmasa da, müvafiq standartlarda sənəddə əks etdirilməli rekvizitlər barədə az da olsa, məlumat var. Ərizədə müraciətin ünvanlandığı şəxsin adı, soyadı (atasının adı), vəzifəsi, eyni zamanda sənədi tərtib edənin adı, soyadı (atasının adı), imzası və tarix olmalıdır. Bundan başqa, sənədin adı (Ərizə) göstərilməlidir.

Ərizənin tərtibinin vahid qaydası olmasa belə, o çox mühüm sənəddir, bir çox vacib əmrlərin (sərəncamların) ərizəsiz rəsmiləşdirilməsi mümkün deyil. Əgər belə bir hal olarsa, həmin sənəd qeyri-qanuni tərtib olunmuş sayılır. Məhz buna görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 69, 94, 127, 131, 138, 175, 197, 205, 243 və 290-cu maddələrində işçinin ərizəsindən bəhs edilir.      

Sıravi işçi, məsələn əmək məzuniyyəti ilə bağlı ərizənin necə yazılmasını bilmir, bilməyə də məcbur deyil, çünki bunu bilmək onun vəzifə öhdəliyi hesab edilmir. Belə məsələlərlə təşkilatın kadrlar şöbəsində çalışanlar (onlar sənədin tərtibinə kömək etməyə borcludurlar) məşğul olurlar.

Müəssisələrdə kadr ərizələrini istifadə tezliyinə görə 3 qrupa bölmək olar:

I qrup

-              İşə qəbul ərizəsi;

-              Öz xahişi ilə işdən azad olunma ərizəsi.

II qrup

-              Əmək məzuniyyətinə çıxmaqla bağlı ərizə;

-              Öz hesabına məzuniyyətə çıxmaqla bağlı ərizə;

-              Əmək kitabçasından çıxarışın alınması ilə bağlı ərizə.

III qrup

-              Başqa işə keçirilmə ərizəsi;

-              Hamiləliyə və doğuma görə məzuniyyət ərizəsi;

-              Uşağa qulluqla bağlı qismən ödənişli məzuniyyət ərizəsi;

-              Maddi köməklə bağlı ərizə və sair.

Bu siyahıda ən vacib və daha çox istifadə olunan kadr ərizələrinin adları əks etdirilib. Onların payını belə bölmək olar: I qrup – 50%, II qrup 40%, III qrup – 10%.

İşlədiyiniz şirkətin xüsusiyyətindən asılı olaraq siyahıya digər ərizə nümunələrini də daxil edə bilərsiniz. Yəqin razılaşarsınız ki, istənilən müəssisədə öz xahişi ilə işdən azad olunma ərizə blankından hamiləliyə və doğuma görə ərizə blankından 5 dəfə çox istifadə olunur.

Yaxşı olar ki, kadrlarla iş şöbəsində görünən yerdə ərizə formalarından ibarət stend asılsın. Əməkdaş onun qarşısında qoyulmuş stol arxasında əyləşməklə özünə lazım olan ərizə nümunəsindən istifadə edə bilsin. Eyni zamanda, əmək müqaviləsinin, tam maddi məsuliyyət haqqında müqavilənin də doldurulmuş formaları göz qabağında olsa yaxşıdır. Bu, həm də o mənada yaxşıdır ki, işçiyə əsas hüquq və öhdəliklərini xatırladır.

Belə nümunələrdə xüsusi əhəmiyyətli hissələrin parlaq rənglərlə və cümlənin sonunda nida işarəsi ilə verilməsi yaxşı olardı. Çünki çox təəssüf ki, ölkəmizdə kadr mədəniyyətinin səviyyəsi elə də yüksək deyil. Əksər işçilər əmək qanunvericiliyinin normalarını pozacaqları halda kadrlar xidməti və müəssisənin rəhbərliyi tərəfindən onları gözləyən inzibati və cinayət məsuliyyətindən xəbərsizdirlər.

Adətən, ərizə rəhbərlik tərəfindən baxıldıqdan sonra onun üzərinə dərkənar qoyulur və ərizədə qaldırılan məsələ barədə icra ilə bağlı müvafiq tapşırıqlar verilir. Təcrübədə ərizəyə müəyyən sənədlərin əlavə olunmasına da rast gəlinir ki, bununla bağlı əvvəlki səhifələrdə nümunələr verilib. Ərizədə onu tərtib edənin ünvanının və şəxsiyyət vəsiqəsi göstəricilərinin əks etdirilməsinə də təcrübədə rast gəlinir ki, bu, mütləq tələb olmasa da, yolveriləndir. Kadr məsələrindən kənar bəzi ərizə formaları var ki, onun forması qanunvericilik aktlarına əlavə kimi təsdiq olunub.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45 (40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın