Ştat cədvəlinə hansı hallarda dəyişiklik həyata keçirilir?

Ştat cədvəlinə hansı hallarda dəyişiklik həyata keçirilir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” kitabından seçmə

Ştat cədvəlinə dəyişkilik edilməsi müəssisə rəhbəri tərəfindən həyata keçirilir. Ştat cədvəlinə dəyişiklik edilməsi zərurəti yaradan halları aşağdakı kimi qruplaşdırmaq mümkündür:

  • Yeni struktur bölməsinin və ya vəzifənin yaradılması;
  • Mövcud struktur bölməsinin və ya vəzifənin adının dəyişdirilməsi;
  • İşçinin aylıq əmək haqqında olan dəyişiklik;
  • Struktur bölməsinin və ya vakant vəzifənin ləğvi;
  • Ştat vahidlərinin sayının ixtisarı.

 Ştat cədvəlinə dəyişiklik edilməsi (ştat vahidlərinin sayının  artırılması, ştatların sayının ixtisarı və sair) mütləq əsaslandırılmalıdır. Belə dəyişikliyin əsası kimi struktur bölməsinin rəhbərinin xidməti yazısı əsas götürülə bilər. Əvvəlcə ştat cədvəlinə dəyişiklik edilməsi ilə bağlı xidməti yazı nümunəsinə baxaq.

  “Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Marketinq şöbəsinin müdiri

Qafarov Malik Abbas oğlu tərəfindən

 

Xidməti yazı

Ştat cədvəlinə dəyişiklik edilməsi haqqında

“Alov” MMC-nin satışını həyata keçirdiyi məhsulların çeşidinin və həcminin 15 mart 2019-cu ildən gözlənilən artımı ilə bağlı Azərbaycanın regionlarında satışın mövcud həcminin iki qat yüksəldilməsi hədəfinə nail olunması məqsədi ilə ştat cədvəlində şatış şöbəsinə daxil olan şatış üzrə menecer vəzifəsinin, aylıq əmək haqqı 350 (üç yüz əlli) manat olmaqla, 2 ştat vahidi artırılmasını təklif edirəm. 

________ Qafarov M.A.

1 mart 2019-cu il

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45 (40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın