Əmək Məzuniyyətin verilməsi zamanı diqqət yetiriləsi 4 VACİB MƏQAM

Əmək Məzuniyyətin verilməsi zamanı diqqət yetiriləsi 4 VACİB MƏQAM

Satışı yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 113-cü maddəsinin üçüncü hissəsinə əsasən, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

Maddədə diqqət yetiriləsi bir necə məqam mövcuddur. 

Birinci məqam odur ki, əmək məzuniyyəti üçün əsas götürülən dövr təqvim ili yox, iş ilidir. Bəzi işəgötürənlər əmək məzuniyyəti dövrünü təqvim ili (1 yanvar – 31 dekabr) ilə bağlayırlar. Amma əmək məzuniyyəti dövrü üçün müvafiq işi ili əsas götürülür. Əmək Məcəlləsinin 113-cü maddəsində qeyd edlir ki, iş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.

Mİsal.  İşçi 15 fevral 2021-ci il tarixdə işə qəbul olunub. Artıq həmin işçinin əmək məzuniyyətinin birinci və ikinci iş ili müvafiq olaraq 15 fevral 2021 – 14 fevral 2022-ci il və  15 fevral 2022 – 14 fevral 2023-cü il hesab ediləcək.

İkinci məqam odur ki, işçinin məzuniyyətdən istifadə hüququ (birinci iş ili istisna olmaqla) iş ilinin başlanmasından sonra yaranır.

Mİsal.  İşçi birinci iş ili üzrə əmək məzuniyyətindən istifadə edib. İşçi ikinci iş ili üçün müraciət edərsə, o halda işəgötürən işçinin əmək məzuniyyətinə göndərilməsinə icazə verməyə bilər. Çünki işçinin növbəti iş ili üçün əmək məzuniyyəti hüququnun yaranması üçün iş ilinin başlanması önəmlidir.

Üçüncü məqam odur ki, bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər.

Bu da öncə qeyd etdiyimiz məsələyə uygundur ki, işçi bir iş ilində növbəti əmək məzuniyyətindən istifadə etmək hüququna malik deyil.

Mİsal. İşçinin iş ili 1 mart 2021- 28 fevral 2022-ci ili əhatə edirsə, o qeyd olunan dövrdə həmin iş ilinə görə əmək məzuniyyətindən istifadə etmək hüququna malikdir. İşçi qeyd edilən iş ilində 1 mart 2022- 28 fevral 2023-cü iş ili üçün nəzərdə tutulan əmək məzuniyyətindən istifadə edə bilməz.

Dördüncü məqam yuxarıda qeyd etdiyimiz hallarla birbaşa bağlıdır. Belə ki, təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

İki iş ilinin məzuniyyətindən istifadə etməsi üçün mütləq təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ yaranmalıdır.

Mİsal.  İşçi 1 avqust 2020-ci il tarixdə işə qəbul olunub. Bu halda o, 2021-ci ilin mart ayında iki iş ili üzrə məzuniyyət hüququndan istifadə etmək istəsə, bu, mümkün olmayacaq. Çünki işçinin ikinci iş il üzrə məzuniyyət hüququ 2021-ci  ilin avqust ayında yaranacaq. Amma 2021-ci ilin oktyabr ayında işçinin birinci iş ilindən qalan tam və ya hissəvi məzuniyyət günlərini növbəti iş ilinin tam və ya qalıq məzuniyyət günləri ilə toplayaraq istifadə etmək hüququ yaranır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər