Əmək məzuniyyətinin verilməməsi mümkündür?

Əmək məzuniyyətinin verilməməsi mümkündür?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 135-ci, “Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi”maddəsinin birinci hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

Təcrübədə ən çox rast gəlinən hallardan biri də odur ki, işəgötürən tərəfindən iş ilində işçiyə əmək məzuniyyəti verilmir. Əmək məzuniyyətinin verilməməsi əksər hallarda işçi ilə işəgötürən arasında fərdi əmək mübahisələrinə səbəb olmur. Çünki işəgötürən işçinin əmək funksiyasından iş ilində tam istifadə edir, işçi isə məzuniyyətə getmədiyinə görə əlavə qazanc əldə edir, kompensasiya alır.

Qeyd edək ki, işçinin işlədiyi dövrdə əmək məzuniyyətindən üzrlü səbəb olmadan istifadə etməməsi əmək qanunvericiliyin pozulmasıdır. İşçinin üzrlü səbəbdən əmək məzuniyyətindən istifadə etməməsi əvvəlki səhifələrdə qeyd etdiyimiz hallar üzrə məzuniyyətin başqa vaxta keçirilməsi ilə bağlı olmalıdır. Digər əsası olmayan hallar üzrə əmək məzuniyyətindən istifadə edilməməsi işçinin hüquqlarının pozulmasıdır.

Əmək Məcəlləsinin 135-ci maddəsinin ikinci hissəsinə əsasən, işçi müvafiq iş  ilində  əmək məzuniyyətindən  istənilən  səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Əvvəlki redaksiyada 135-ci maddənin tələbləri daha sərt idi. Köhnə redaksiyada işçinin əsas məzuniyyətinin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətinin dalbadal iki il ərzində verilməməsi qadağan edilirdi. Həmçinin, əvvəllər işdən çıxmayanadək işçilərə istifadə olunmamış məzuniyyətə görə əmək kompensasiyanın verilməsi də nəzərdə tutulmurdu.

 

İstifadə olunmamış əsas məzuniyyətə görə kompensasiya ödənilməsi məsələsinin Əmək Məcəlləsinə daxil edilməsində məqsəd dövlət qurumlarında çalışan əksər işçilərin illərlə yığılıb qalmış istifadə edilməmiş məzuniyyətlərinin bu yolla aradan qaldırılması idi. İstifadə olunmamış məzuniyyət günlərinin sayı həddən artıq olduğu üçün həmin məzuniyyətlərin işçilər tərəfindən qısa müddətdə istifadə edilməsi mümkün deyildi. O səbəbdən də Əmək Məcəlləsinin 135-ci maddəsinə düzəliş edildi və istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiya ödənilməklə, işəgötürənin “yükü” azaldıldı.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

 

1 Komment

  1. Elsad 11 Sentyabr 2022

    İşçiyə emek müqavilesine uyğun olaraq məzuniyyət verilmirse, ve ya şenbe, bazar günüde iledilirse anonim şikayet erizesi yazıla bilermi. Ve ya hüququn nece bəerpa ede biler. Teşekkür edirem.

Şərh yazın