Direktorun ezamiyyətə getməsi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Direktorun ezamiyyətə getməsi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Ezamiyyətdə olan direktorun səlahiyyətlərini mütləq işçilərdən hansısa icra etməlidir. “Məzuniyyətlər” bölməsində əmək məzuniyyətinə çıxan direktorun səlahiyyətlərinin ötürülməsi ilə bağlı geniş məlumat verdiyimizdən təkrarçılıqdan qaçmaq üçün bu bölmədə həmin prosedurlara toxunmayacağıq, yalnız sənədlərin nümunəvi formalarını təqdim edəcəyik. Çünki məzuniyyətə və ezamiyyətə gedən direktorun vəzifə səlahiyyətlərinin başqa işçiyə ötürülməsinin prosedur qaydası eynidir.

Direktorun xidməti ezamiyyətə getməsi barədə əmri elə direktorun özü imzalamalıdır. Belə əmrin  nümunəvi forması növbəti səhifədəki kimidir:

 

Blank “Alov” MMC

ƏMR

№________

 

Qazax şəhəri                ____ __________________ 2019-cu il

Direktorun xidməti ezamiyyətə getməsi haqqında

Hazır məhsulun alıcısı ilə müqavilə şərtlərinin razılaşdırılaraq imzalanması məqsədilə

ƏMR EDİRƏM:

  1. “Alov” MMC-nin direktoru Nəbili Nüsrət Nadir oğlu Bakı şəhərində yerləşən “Atəş” MMC ilə alğı-satqı müqaviləsinin imzalanması məqsədi ilə 13 avqust 2019-cu il tarixdən 18 avqust 2019-cu il tarixinə kimi, 6 (altı) gün müddətinə Bakı şəhərinə ezam olunsun.
  2. Direktorun xidməti ezamiyyət xərclərinin smetası təsdiq olunsun (Smeta əmrə əlavə olunur).
  3. Baş mühasib Səlimova Sultanə Sabir qızı ezamiyyə xərclərinin smetasına uyğun olaraq Nəbili Nüsrət Nadir oğluna avans pulunun ödənilməsini həyata keçirsin.
  4. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

 

Qoşma:  Ezamiyyət xərclərinin smetası, 1 vərəq, 1 nüsxə.

 Direktor ________ Nəbili N.N.

Əmrlə tanış oldum:

Baş mühasib___________Səlimova S.S. 

Tarix: _____ _____________

—————————————————————————

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər