Filialda işləyən işçinin əmək müqaviləsinə xitam verdikdə, əmək kitabçası poçtla göndərilə bilər?

Filialda işləyən işçinin əmək müqaviləsinə xitam verdikdə, əmək kitabçası poçtla göndərilə bilər?

Satışı yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Təcrübədə rast gəlinir ki, işəgötürən filial şəbəkəsinə malik olur və işdən çıxan işçi baş ofisə gələ bilmədiyi üçün əmək kitabçası poçtla göndərilir. Və ya işçi əmək kitabçasını götürməkdən imtina etdiyi üçün sənəd onun ünvanına poçtla göndərilir. Fikrimizcə, bu cür hallar düzgün rəsmiləşdirmə sayılmamalıdır.

Çünki qaydalarda qeyd edilir ki, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. İşçi əmək kitabçasını işdən  çıxan gün götürməzsə, bu halda ona poçt vasitəsilə bildiriş göndərilir.

Mİsal. Baş ofisi Bakıda olan işəgötürənin Mingəçevir filialının əməkdaşı işdən çıxır. Əməkdaşın baş ofisə gəlmək imkanı olmadığı üçün, əmək kitabçasını əldə edə bilmir. Bu halda işəgötürən ona bildiriş imzalatdırır ki, əmək kitabçasını Bakı şəhərində yerləşən ofisdən əldə edə və ya əgər razıdırsa, poçtla onun ünvanına göndərilə bilər. İşçinin razılığını təsdiq edən hər hansı sənəd olmadan əmək kitabçasının poçtla göndərilməsi qanuna ziddir.

Qeyd etdiyimiz kimi, əmək kitabçası yalnız işçinin razılığı olduğu halda poçt vasitəsilə göndərilə bilər.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın