Məzuniyyətlərin növbəlilik cədvəlinin tərtib edilməsinin üstünlükləri

Məzuniyyətlərin növbəlilik cədvəlinin tərtib edilməsinin üstünlükləri

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Məzuniyyətlərin növbəlilik cədvəlinin (qrafikin) nə üçün tərtib edildiyinə və hansı üstünlükləri olduğuna baxaq.

Əvvəlcə əks arqumentləri dinləyək. Bəzi kadrlar üzrə mütəxəssislər hesab edirlər ki, əmək məzuniyyətlərinin qrafikini tutmaq mənasız işdir, qışda oturub yayı planlaşdırmağın heç bir əhəmiyyəti yoxdur, onsuz da hamı məzuniyyətini yayda götürmək istəyəcək, başqa fəsillərdə istirahətə getməyə razı olmayacaq, o qrafik də eləcə lazımsız kağız parçası kimi qovluqlarda saralacaq və vaxtı çatanda ləğv ediləcək.

Qrafikin üstünlüklərini sadalamazdan əvvəl qeyd edək ki, hazırda ölkəmizdə heç də bütün müəssisə və təşkilatlarda məzuniyyətlər qabaqcadan palanlaşdırılmır. Ancaq qabaqcıl təcrübə göstərir ki, işçilərin sayından asılı olmayaraq məzuniyyətlərin qrafikini tutmaq faydalıdır. Bu, hər şeydən əvvəl təşkilatın fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi baxımından vacibdir. İşəgötürən ilin hansı ayında müəssisə üçün hansı işçinin daha vacib olduğunu, digər işçinin onu əvəz etməsinin mümkün olub-olmadığını dəqiqləşdirir və işçilərlə razılığa gəlməyə çalışır.

Qrafikin tutulması təkcə işəgötürən üçün deyil, işçi üçün də faydalıdır. Məzuniyyətlərin növbəlilik cədvəlinə (qrafikinə) sadə bir kağız parçası kimi yanaşmaq doğru deyil, sənədə həm işəgötürən, həm də işçi imza atdığından, bu, artıq işçi ilə işəgötürən arasında mülki-hüquqi müqavilə statusundadır. Qrafik işçiyə də işəgötürən kimi qabaqcadan öz işlərini, o cümlədən istirahətini planlaşdırmaq imkanı yaradır.

Qrafik təşkilatın bütün şöbələrinin, filiallarının işçilərini əhatə etməlidir. Müəssisədə hər şöbənin öz məzuniyyət planı olmalıdır. Çünki müəssisə üzrə məzuniyyətlərin qrafiki tərtib olunarkən şöbələrin ehtiyacları nəzərə alınmalıdır. Və təbii ki, işçilərin maraqlarının və həyat şəraitinin nəzərə alınması da çox vacibdir. Müəssisə və təşkilatlarda məzuniyyətlərin vaxtlarının bölüşdürülməsi zamanı nə qədər münaqişələrin yaranmasının şahidi oluruq, hətta bəzən işəgötürən işçini zorla da olsa, məzuniyyətə göndərə bilmir. Bu da təbii ki, işəgötürən üçün inzibati cərimə deməkdir. Bax, elə bu zaman qrafikin qiyməti üzə çıxır. Əgər məzuniyyətlərin qrafiki tutulubsa və işçi siyahı ilə tanış edilibsə, imza atıbsa, vaxtı çatanda əmək məzuniyyətinə getməyə bilməz. Bu, işəgötürən tərəfindən əmək intizamının, daxili nizam-intizam qaydalarının pozulması kimi qiymətləndirilə və hətta işçiyə intizam tənbehi də verilə bilər.

İndi isə məsələyə işçinin mənafeyindən baxaq. Belə qrafikin tərtibinin işçiyə faydası odur ki, əgər siyahıda işçinin qrafiki, məsələn, iyul ayına planlaşdırılıbsa, işəgötürən işçinin məzuniyyət ərizəsinin üstünü yazmaya bilməz, bu, onun üçün əlavə problemlər yarada bilər.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın