İşəgötürən hansı hallarda işçini peşəkarlıq səviyyəsi qane etmədiyinə görə işdən azad edə bilər?

İşəgötürən hansı hallarda işçini peşəkarlıq səviyyəsi qane etmədiyinə görə işdən azad edə bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

- peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə (“c” bəndi)

Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

İşçilərin attestasiyası ilə bağlı geniş izahı “Attestasiya” bölməsində verdiyimizdən bu bölmədə qısa məlumatla kifayətlənəcəyik.

Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən, attestasiyanın məqsədi işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olmmasını aşkara çıxarmaqdır. Qanunvericiliyə əsasən hər bir işçi 3 ildə (elmi işçilər 5 ildə) bir dəfədən çox attestasiya oluna bilməz. Həmçinin müəyyən işçilər var ki, onlar heç vaxt attestasiyaya cəlb olunmurlar. Misal üçün, hamilə qadınlar, bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər və s.

Attestasiyanın yekununda nəticələri qənaətbəxş hesab edilməyən işçinin bütün hallarda əmək müqaviləsinə xitam verilə bilməz. Mümkündür ki, attestasiya komissiyası işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədəmüvafiqliyi barədə işəgötürənə tövsiyə versin.

Mİsal.  İşəgötürənin attestasiya komissiyası qərar verir ki, nəticələri qənaətbəxş olmayan 3 işçi vəzifəsinə uyğun gəlmədiyi üçün onların əmək müqaviləsinə xitam verilsin.

İşəgötürən attestasiya komissiyasının qərarı nəticəsində işçinin əmək müqaivləsinə xitam verirsə, o zaman əmrdə 70-ci maddənin “c” bəndini qeyd etməlidir. İşəgötürən bu əsasla işçinin əmək müqaviləsinə xitam verirsə, hər hansı işdənçıxma müavinəti ödəmir. İşçi ilə son haqq-hesab zamanı əmək haqqı, istifadə etmədiyi məzuniyyət olduğu halda kompensasiya, digər ödəmələr (mükafatlar və s.) ödənilməlidir.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi" 

Tarix: 20 noyabr 2021-ci il, saat 11:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

 

0 Komment

    Şərh yazın