Vaksinlə bağlı olaraq əmək müqaviləsinə əlavə necə hazırlanmalıdır? (Nümünəvi forma)
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə
Әmәk şәraitinin şәrtlәrinin dәyişmәsi ilə bğlı Əlavə Razılıaşma aşağıdakı şəkildə olacaq:
“Alov” MMC ilə Əliyev Nicat Şamil oğlu arasında
bağlanılmış 15 aprel 2020-ci il tarixli, ___№-li әmәk müqavilәsinә
Әlavә razılaşma №_____
Bakı şәhәri 01 iyul 2021-ci il
Bir tәrәfdәn “İşәgötürәn”- nizamnamәsinә әsasәn fәaliyyәt göstәrәn “Alov” MMC, direktoru Nәbili Nüsrәt Nadir oğlunun şәxsindә, digәr tәrәfdәn “İşçi”- satış üzrә mütәxәssis Əliyev Nicat Şamil oğlunun şәxsindә aşağıdakı şәrtlәrlә 15 aprel 2020-ci il tarixli ___№-li әmәk müqavilәsinә
Әlavә razılaşma imzaladılar.
- Әmәk müqavilәsinin 4-cü fəslinin (Əmək şəraitinin şərtləri) “Əməyin mühafizəsi hissəsinə” aşağıdakı redaksiyada 4.16-cı bənd əlavə edilsin:
“ 4.16. İşçi səhmdar cəmiyyətdə və ölkədə epidomoloji vəziyyətin sabitləşməsi, iş yerlərinin təhlükəsizliyinin, özünün və iş yoldaşlarının sağlamlığının qorunması məqsədilə COVID-19 əleyhinə peyvənd olunmağı öhdəsinə götürür;”
- 15 aprel 2020-ci il tarixli ___№-li әmәk müqavilәsinin (әgәr әmәk müqavilәsi bağlandıqdan sonra ona dәyişiklik edilmәsi mәqsәdilә әlavә vә ya әlavәlәr imzalanıbsa, o halda mötәrizәdә “Әlavәnin” vә “Әlavәlәrin” yazmaq lazımdır- red.) digәr şәrtlәri öz qüvvәsindә qalır.
- 15 aprel 2020-ci il tarixli ___№-li әmәk müqavilәsinә Әlavә razılaşma ilә edilmiş dәyişiklik 01 iyul 2021-ci il tarixindәn qüvvәyә minir.
- Әlavә razılaşma 15 aprel 2020-ci il tarixli ___№-li әmәk müqavilәsinin ayrılmaz hissәsidir vә eyni hüquqi qüvvәyә malik olmaqla, 2 (iki) nüsxәdә tәrtib olunub. Әlavә razılaşmanın bir nüsxәsi işәgötürәndә - işçinin şәxsi işindә, digәr nüsxәsi isә işçidә saxlanılır.
TӘRӘFLӘRİN İMZALARI:
İŞӘGÖTÜRӘN: İŞÇİ:
_______ Nәbili N.N. _______Əliyev N.Ş.
M.Y.
Әmәk müqavilәsinә Әlavә razılaşmanın bir nüsxәsini aldım:
________Əliyev N.Ş.
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi"
Tarix: 13 noyabr 2021-ci il, saat 10:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya