Rəhbər vəzifəyə keçirilən işçin məzuniyyəti necə hesablanmalıdır?

Rəhbər vəzifəyə keçirilən işçin məzuniyyəti necə hesablanmalıdır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri işçinin iş ili başa çatmamış rəhbər vəzifəyə keçirilməsidir.

Mİsal.  İşəgötürən satış sahəsində çalışan işçinin rəhbər vəzifəyə keçirilməsi haqqında qərar verir. Yeni vəzifəyə keçməzdən əvvəl satış işçisinə hesablanan əsas məzuniyyətin müddəti 21 təqvim günü olub. Amma rəhbər vəzifəyə keçdikdən sonra əsas məzuniyyət müddəti 21 təqvim günündən 30 təqvim gününə artırılmalıdır. Maraqlıdır ki, bu halda işçinin həmin iş ilinə görə əsas məzuniyyəti necə tənzimlənir.

Fərz edək ki, işçinin 2-ci iş ili 1 iyul 2020- 30 iyun 2021-ci il dövrünü əhatə edir. İşçinin satış müdiri vəzifəsinə keçirilməsi əmrinə əsasən, 1 noyabr 2020-ci il tarixdən yeni vəzifəsinin icrasına başlayacaq.

Bu halda işçinin 2-ci iş ili üzrə əsas məzuniyyət günlərinin sayını müəyyən etmək üçün, ilk növbədə satış işçisi kimi çalışdığı dövrün əsas məzuniyyət günlərini hesablayaq. İşçi 2-ci iş ilində 4 ay satış işçisi olaraq çalışıb. İşçinin 4 ayına görə hesablanacaq əsas məzuniyyətin müddətini tapmaq üçün tənasüb üsulundan istifadə edək:

12 ay ——- 21 gün

4 ay   ——- X gün

X = (21 gün x 4 ay) / 12 = 7 gün

İndi isə eyni prosesi rəhbər vəzifəsində çalışdığı dövrə tətbiq edək:

12 ay ——- 30 gün

8 ay   ——- X gün

X = (30 gün x 8 ay) / 12= 20 gün

Deməli, işçinin ikinci iş ilinə görə əsas məzuniyyət günlərinin sayı 27 gün (7 gün (satış işçisi olan dövr üzrə) + 20 gün (satış müdiri olan dövr üzrə) olacaq.

Təbii ki, işçinin üçüncü iş ili üzrə əsas məzuniyyət müddəti 30 gün olacaq.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi" 

Tarix: 13 noyabr 2021-ci il, saat 10:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın