Həmkarlar ittifaqının yaradılması ilə bağlı vacib məqamlar hansılardır?
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd edilir ki, işçilərin nümayəndəli orqanı dedikdə, əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri) başa düşülür.
Maddədən göründüyü kimi, həmkarlar ittifaqlarının yaradılması könüllük prinspləri əsasında formalaşır, hər hansı müəssisədə məcburi həmkarlar ittifaqının yaradılması həyata keçirilə bilməz.
İndi isə həmkarlar ittifaqının yaradılması ilə bağlı vacib məqamları qeyd edək:
Həmkarlar ittifaqı təkcə işçilər tərəfindən yaradılan qurum deyil.
“Həmkarlar ittifaqları haqqında” AR Qanuna qeyd edilir ki, nəinki işçilər, hətta pensiyaçılar və təhsil alan şəxslər birləşərək həmkarlar ittifaqı təşkilatını təsis edə bilərlər.
Həmkarlar ittifaqı yaradılması üçün minimal say tələbi var.
Qanunda qeyd edilir ki, ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.
Həmkarlar ittifaqının yaradılması üçün rəhbərlikdən icazə alınmasına ehtiyac yoxdur.
Qanunda bildirilir ki, işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi"
Tarix: 13 noyabr 2021-ci il, saat 10:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya