İşçinin xidməti ezamiyyətdən vaxtından öncə geri çağırılması necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə
Bundan sonra kadrlarla iş şöbəsi işçinin xidməti ezamiyyətdən geri çağırılması əmrinin layihəsini hazırlayır. Təşkilatın rəhbəri əmri imzaladıqdan sonra işçinin çalışdığı struktur bölməsinin rəhbəri işçini bu barədə məlumatlandırır. İşçi daimi iş yerinə qayıtdıqdan sonra əmrlə tanış olub, imza atır. Xidməti ezamiyyətdən vaxtından əvvəl geri qayıtması ilə bağlı işçi görülmüş işlərlə bağlı hesabatında məlumat verir, səbəbi göstərir.
İşçinin xidməti ezamiyyətdən geri çağırılması ilə bağlı əmrin nümunəvi formasını təqdim edirik:
Blank “Alov” MMC
ƏMR
№________
Masallı şəhəri ____ _______________ 2019-cu il
İşçinin xidməti ezamiyyətdən vaxtından öncə geri çağırılması haqqında
“Alov” MMC-nin Hüquq şöbəsinin müdiri Balayev Əli Asif oğlunun 13 avqust 2019-cu il tarixli xidməti yazısını nəzərə alaraq
ƏMR EDİRƏM:
- “Alov” MMC-nin direktorunun ____ ___________ 2019-cu il tarixli, ____№-li əmri ilə ____ 12 avqust 2019-cu il tarixindən 16 avqust 2019-cu il tarixinə kimi, 5 (beş) gün müddətinə Gəncə şəhərinə ezam olunan Hüquq şöbəsinin hüquqşünası Talıbov Vəli Sadiq oğlu xidməti tapşırığı vaxtından əvvəl icra etdiyi üçün ezamiyyətin başa çatmasına 2 (iki) gün qalmış, 14 avqust 2019-cu il tarixində geri çağırılsın.
2.“Alov” MMC-nin baş mühasibi Səlimova Sultanə Sabir qızı işçi ezamiyyətdən qayıtdıqdan sonra, 17 avqust 2019-cu il tarixindən gec olmayaraq ezamiyyə xərclərinin yenidən hesablanmasını həyata keçirsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor ________ Nəbili N.N.
Əmrlə tanış oldum:
Baş mühasib ___________Səlimova S.S.
Tarix: _____ _____________
Hüquq şöbəsinin hüquşünası __________ Talıbov V.S.
Tarix: _____ _____________
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya