İxtisar zamanı işçinin əmək stajı necə hesablanır?

İxtisar zamanı işçinin əmək stajı necə hesablanır?

Satışı davam edən “Əməyin uçotu:A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda, işəgötürən mütləq olaraq işçini rəsmi xəbərdar etməlidir. Son dəyişikliyə qədər, işəgötürən işçilərə hər hansı fərq qoymadan 2 ay öncədən onları ixtisar haqqında məlumatlandırmalı idi.

Dəyişikliklərdən sonra rəsmi xəbərdarlıq verilməsi müddəti işçinin işəgötürənlə bağladığı əmək müqaviləsinə (əmək müqavilələrinə) əsasən müəyyən edilir.

Maddəni misallarla izah etməmişdən öncə bir daha bildirək ki, işçilərin sayının azaldıldığı və ştatların ixtisarı zaman əmək stajı dedikdə, ümumi əmək ştajı yox, işçinin sonuncu işəgötürənlə bağladığı əmək müqaviləsinə və ya müqavilələrinə görə müəyyənləşdirilən staj başa düşülür.

Mİsal 1.   İşçinin “A” MMC-də bir il əmək stajı olsa da, ümumi stajı 10 ildir. Bu halda artıq 10 il yox, 1 il əsas götürülərək işdənçıxarma müavinəti hesablanacaq.

Mİsal 2.  İşçinin “A” MMC-də son əmək müqaviləsi üzrə iş stajı 2 ildir. Ümumi iş stajı 12 il olan işçi üç il öncə bu təşkilatda 3 il çalışıb. Artıq işdənçıxarma müavinəti hesablanarkən, nə 10 il, nə də son 2 il əsas götürüləcək. Rəsmi xəbərdarlıq verilməsi müddəti 5 illik (2 + 3) staja uyğun hesablanacaq .

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın