Hansı hallar işçinin özünün əmək funksiyasını (müqavilə öhdəliklərini) yerinə yetirməməsi kimi başa düşülməlidir?
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
Əmək Məcəlləsini 70-ci, “İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
...
- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (“ç” bəndi)
Maddənin bu bəndində 3 konkret hal öz əksini tapıb:
- işçinin özünün əmək funksiyasını (müqavilə öhdəliklərini) yerinə yetirməməsi
Mİsal 1. İşəgötürən anbarda olan malların inventariziyası zamanı dövri olaraq kənarlaşmaların olması səbəbindən anbardar vəzifəsində çalışan işçinin əmək müqaviləsinə xitam verib.
Mİsal 2. İşəgötürən satış göstəricilərinin artmasından sonra sınaq müddəti təyin edilməklə işə 5 yeni işçi qəbul edib. Əgər yeni işçilər sınaq müddətində əmək funksiyalarını və tapşırıqları vaxtında və keyfiyyətli icra etməsələr, onların əmək müqavilələrinə artıq bu maddə ilə yox, sınaq müddətində özünü doğrultmadığına görə xitam verilə bilər.
İndi isə fərz edək ki, işə qəbul olunan 5 işçidən 3-ü sınaq müddətində özünü doğruldub. Müəyyən müddətdən sonra bir işçinin satış göstəriciləri işəgötürəni qane etmir. Bu halda işəgötürən işçini əmək funksiyasını yerinə yetirə bilmədiyi üçün işdən azad edə bilər?
Fikrimizcə, işəgötürən müəyyən rəsmi prosedurlar apamadan, satış göstəriciləri zəif olması səbəbindən işçini işdən azad edə bilməz. Mümkündür ki, işçinin əvvəlki dövrlərdə də satış göstəriciləri zəif olub, amma bununla bağlı hər hansı rəsmiləşdirmə aparılmadığından faktı sübut etmək mümkün deyil.
Ümumiyyətlə, işə götürülən satış işçiləri üçün hədəflərin müəyyən olunması və işçilərin onunla tanış edilməsi məqsədəuyğundur. Təbii ki, hədəflərin müəyyən olunması da ədalətli olmalıdır. İşçi hədəfə çatmadığı halda, işəgötürən tərəfindən ona satış göstəricilərinin yaxşılaşdırılması haqqında xəbərdarlıq məktublarının verilməsi məqsədəuyğundur.
Əgər işçi işinin keyfiyyətini yüksəltməməklə yanaşı, üstəlik intizam xətasına da yol verərsə, ona intizam təhbehi elan oluna və daha sonra əmək müqaviləsinə xitam verilə bilər. İşəgötürən tərəfindən birbaşa əmək funksiyasının yerinə yetirmədiyi səbəbi ilə işçinin əmək müqaviləsinə xitam verilməsi gələcəkdə fərdi əmək mübahisələrinin yaranmasına səbəb olur ki, əksər hallarda da məhkəmə və DƏMX düzgün sənədləşmə olmadığından işçinin xeyrinə qərar çıxarır.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya