İşəgötürən nahar vaxtını konkret hansı saatda verilməlidir?

İşəgötürən nahar vaxtını konkret hansı saatda verilməlidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsi işçilərin istirahət və nahar fasiləsinin tənzimlənməsi ilə bağlı müddəaları da özündə ehtiva edir. Əmək Məcəlləsinin 103-cü, “İstirahət və nahar üçün fasilə” maddəsinin birinci hissəsinə əsasən, iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir.

Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin vəzifəsinə aid edilib.

Əmək Məcəlləsinin dördüncü maddəsinə əsasən, əmək şəraiti dedikdə, işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusu başa düşülür. Əmək Məcəlləsinin 54-cü maddəsinə isə qeyd edilir ki, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından istifadə olunmaqla əmək şəraitini təmin etməlidir.

Əmək Məcəlləsinin üç maddəsinə müraciət etməkdə məqsədimiz onu göstərməkdir ki, işçinin istirahət və nahar fasiləsini təmin etmək işəgötürənin hüququ yox, vəzifəsidir. Amma maddədə diqqət yetirilməli əsas məqam odur ki, işəgötürən iş günü (iş növbəsi) ərzində qeyd edilənləri təmin etməlidir. Misal üçün, işçinin iş vaxtı gün ərzində 3 saat olarsa, işəgötürən onu nahar fasiləsi ilə təmin etməyə boclu deyil.

Maraqlıdır ki, əmək qanunvericiliyində fasilənin verilməsi ilə bağlı konket vaxt aralığı müəyyənləşdirilməyib. Əmək Məcəlləsinin 103-cü maddəsinin ikinci hissəsinə əsasən, fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

Maddədən göründüyü kimi, əmək qanunvericiliyi fasilənin verilməsini tələb kimi müəyyən etsə də, həmin fasilənin konkret vaxtının müəyyənləşdirilməsi ilə bağlı sərbəstliyi işəgötürənə (işçi ilə razılaşdırmaqla) verib. Təbii ki, işəgötürən fasilələrin verilməsini aşağıdakı sənədlərdə əks etdirməlidir:

- müəssisədaxili intizam qaydaları;

- növbə cədvəlləri;

- əmək müqaviləsi;

- kollektiv müqavilə.

Maddədən göründüyü kimi, əmək qanunvericiliyində nahar vaxtının konkret hansı saatda verilməsi qeyd edilməyib.

Mİsal.  İşəgötürən işçilər üçün nahar fasiləsini saat 13:00 -14:00 aralığında yox, saat 14:00-15:00 aralığında müəyyən edib. Təbii ki, işəgötürən işçi ilə nahar fasiləsinin həmin aralığda olmasını razılaşdırıb. Mümkündür ki, razılaşmaya uy\un olaraq nahar fasiləsinin vaxtı əmək müqaviləsində qeyd edilməsin, amma işəgötürənin daxili intizam qaydalarında əks etdirilsin.

Mİsal 2. İşəğötürən işçilərin razılığı ilə nahar fasiləsini saat 13:30-dan 14:00-a kimi müəyyənləşdirib. Bu halda işəgötürən gündəlik normal iş vaxtını saat 09:00-dan 18:00-a kimi müəyyənləşdirə bilməz. Çünki, işçinin nahar fasiləsi bir saat yox, 30 dəqiqə müəyyən edildiyi üçün işçinin iş vaxtının başa çatma vaxtı da saat 18:00 yox, saat 17:30 müəyyən edilməlidir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın