Əmək müqaviləsinin müddətli olması ən çox istifadə edilən 47-ci maddənin “f” bəndin izahı

Əmək müqaviləsinin müddətli olması ən çox istifadə edilən 47-ci maddənin “f” bəndin izahı

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 47-ci, “Müddətli əmək müqaviləsi bağlanan hallar” maddəsinə əsasən,  aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:

  1. f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə

Bu, hazırda müddətli əmək müqavilələrinin imzalanması zamanı təcrübədə ən çox istinad olunan bənddir. Bəzi işəgötürənlər müddətli əmək müqaviləsinə əsas verən digər hallar uyğun olmadıqda, bu bəndə üstünlük verirlər. Hətta əmək müqaviləsi imzalanmamışdan öncə işçidən müddətli əmək müqaviləsinə razı olması və bu cür müqavilənin onun hüquq bərabərliyi prinsipini pozmaması barədə ərizə də alırlar.

Mİsal. İşəgötürən bina tikintisi fəaliyyəti həyata keçirir. Rəngsaz vəzifəsinə cəlb edilən Məmmədov Mahmudun görəcəyi  iş bir il müddətini əhatə etsə də, işçi ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əsas tutularaq, 3 aylıq əmək müqaviləsi imzalanır.

Fikrimizcə, qeyd etdiyimiz bəndin təkmilləşdirilməsinə ehtiyac var. Çünki bu maddə işəgötürənlərə üstünlük hüququ verir ki, işçilərlə daha az müddətə əmək müqaviləsi imzalasın. Doğrudur, bənddə qeyd edilib ki, tərəflərin (işəgötürən və işçi) qarşılıqlı razılığı olmalıdır. Amma uzun müddət iş axtarışında olan əksər şəxslərin əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməkdən başqa çarələri qalmır. Bu bəndin daimi iş xarakterinə uyğun vəzifələrə aid edilməsi düzgün deyil. Misal üçün, işəgötürən mühasib vəzifəsinə işçini tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında müddətli qəbul edə bilər. Amma mühasib işi daimi xarakter daşıdığından onun müddətli bağlanması düzgün deyil.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın