İşəgötürən məzuniyyətlərin tənzimlənməsi ilə bağlı normativ aktı niyə qəbul etməlidir?

İşəgötürən məzuniyyətlərin tənzimlənməsi ilə bağlı normativ aktı niyə qəbul etməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Bu yerdə Sizi bir sual düşündürə bilər ki, əgər Azərbaycan Respublikasının Əmək Məcəlləsində, ümumilikdə əmək qanunvericiliyində məzuniyyətlərin tənzimlənməsi ilə bağlı normativ aktın qəbulu məcburi norma kimi nəzərdə tutulmamışsa, o zaman belə bir normativ aktın qəbulunun hansı üstünlükləri var?

Bu, çox vacib sualdır. Cavablandırmağa çalışaq.

Birincisi, əmək qanunvericiliyi hansı sektoru təmsil etməsindən, işin xarakterindən, əmək şəraitindən asılı olmayaraq bütün müəssisə və təşkilatlarda məzuniyyətlərin verilməsini tənzimləyir. Məsələn, pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə, kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə və həkimlərə, orta tibb işçilərinə və əczaçılara hesablanan məzuniyyətlərin bəzən müddəti, bəzən isə təqdim edilmə qaydası fərqlidir. Təşkilatda daxili normativ aktın qəbulunun üstünlüyü odur ki, belə sənəd Əmək Məcəlləsindən daha konkret, daha lakonikdir və yalnız təşkilatda verilməsi nəzərdə tutulan məzuniyyətləri və onların təqdim edilməsi qaydalarını və müddətlərini əks etdirir.

İkincisi, daxili normativ aktın qəbul olunması işəgötürənlə işçi arasında məzuniyyətlərlə bağlı hansısa əmək mübahisələrinin yaranmasına imkan vermir. Çünki işçi işə qəbul olunarkən əsasnaməni oxuyur və sənədlə tanış olduğunu imzası ilə təsdiq edir.

Üçüncüsü, belə bir sənədin olması işəgötürənə təşkilatda məzuniyyətlərlə bağlı qanunvericiliyə əməl olunmasını praktikada izləmək və onu qiymətləndirmək imkanı verir.

Dördüncüsü, Əmək Məcəlləsində nəzərdə tutulan əmək məzuniyyətinin növbəli verilməsi məsələsi belə qaydalarda daha ətraflı şəkildə təsvir olunur, növbəlilik cədvəlinin (qrafikinin) tərtibi, ona dəyişiklik edilməsi məsələləri dəqiq əks etdirilir.

Beşincisi, daxili aktda işçilərə işəgötürənin arzusu və vəsaiti hesabına Əmək Məcəlləsində nəzərdə tutulmayan əlavə məzuniyyətlərin verilməsi, məzuniyyət dövründə işçilərin istirahətinin və müalicəsinin təşkili məqsədilə əlavə ödənişlərin edilməsi də əks etdirilə bilər.

Nəhayət, altıncısı, daxili normativ sənədlə işçi işə qəbul olunanda tanış edilir, bu da işçidə işlədiyi təşkilatda məzuniyyətlərin necə tənzimlənməsi ilə bağlı aydın təəssürat yaradır.

Məzuniyyət məsələlərini tənzimləyən daxili normativ sənədin strukturu haqqında danışmaqla, təkrarçılığa yol vermək istəmirik, çünki bölmənin sonunda belə bir nümunəvi əsasnaməni təqdim edirik. Sadəcə, onu qeyd edək ki, əsasnamənin strukturunun və məzmununun müəyyənləşdirilməsi məsələsində işəgötürən azaddır, yuxarda səsləndirdiyimiz məhdudiyyəti (Əmək Məcəlləsində təsbit olunan şərtlərin pisləşdirilməsi qadağandır) nəzərə almaqla sənədi sərbəst şəkildə tərtib etmək mümkündür. 

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Əbdülməcid 26 Oktyabr 2021

    Salam verəcəyim suala təcili cavab vermənizi xahiş edirəm! Belə ki, təşkilatda idarə rəhbəri həmçinin müavin ştatı olduğu halda idarə rəhbəri mənzuniyyətə gedərkən onun stat üzrə əmək haqqı müavinə əvəz etdiyi müddətdə əmək qanunçuluğuna (hansı maddə ilə) uyğun ödənilməlidirmi ya yox?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər