Xidməti ezamiyyətin müddəti hansı hallarda uzadıla bilər?

Xidməti ezamiyyətin müddəti hansı hallarda uzadıla bilər?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İşçinin xidməti ezamiyyətə göndərilməsi prosedurları ilə bağlı geniş məlumat vermirik. Çünki bölmənin sonunda təqdim etdiyimiz əsasnamədə bu barədə ətraflı bəhs olunur. Qeyd etmişdik ki, xidməti ezamiyyətdə olan işçinin ezamiyyət müddəti xidməti tapşırığın tam icra olunmaması və digər səbəblərdən uzadıla bilər. Bu səbəbləri şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

İstehsalat zərurəti. Ola bilər ki, işçi ona tapşırılan işin öhdəsindən təqdim olunan ezamiyyə müddətində gələ bilməsin və ya təşkilatın rəhbəri tərəfindən işçiyə əlavə xidməti tapşırıq verilsin;

Nəqliyyat problemləri. Bəzən xidməti ezamiyyət müddətinin uzadılması reysin gecikməsi, biletin olmaması, nəqliyyat vasitəsinin yolda xarab olması və digər nəqliyyat problemləri üzündən ola bilir;

Xəstəlik. Mümkündür ki, xidməti ezamiyyət müddətində işçi əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbindən xidməti tapşırığı yerinə yetirə bilməsin. Bu zaman ezamiyyə müddəti uzadılır və işçi daimi iş yerinə qayıtdıqda əmək qabiliyyətini müvəqqəti itirməsini təsdiq edən xəstəlik vərəqini kadrlarla iş şöbəsinə təqdim edərək müavinət alır;

Fors-major. Xidməti ezamiyyətdə olan işçinin xidməti tapşırığı vaxtında yerinə yetirə bilməməsinin bir səbəbi də sel, daşqın, yol-nəqliyyat hadisəsi, elektrikin kəsilməsi və sair ola bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın